Prezident bir sıra təyinatlar edib — SİYAHI
15 Aprel 2025, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı
SİYASƏT
243
31.03.2025, 18:25
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu24.com xəbər verir ki bu barədə Milli.Az-a XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "bayrağını" paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Həmçinin oxuyun
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda "Dağlıq-Qarabağ" adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
16:02 / 15 Aprel 2025
Prezident bir sıra təyinatlar edib — SİYAHI
2
15:21 / 15 Aprel 2025
Doğuşdan vəfat edən qayınanası ilə bağlı paylaşım — FOTO
256
15:19 / 15 Aprel 2025
Sahil Babayev onu vəzifədən kənarlaşdırdı
18
15:18 / 15 Aprel 2025
Müəllimlərin direktor müavini olmaq uğrunda davası - Belə nəticələndi
20
14:57 / 15 Aprel 2025
DTX-də bu Nazirliyə cinayət işi başlanıb
375
14:15 / 15 Aprel 2025
Kərə yağının monopoliyası kimdədir? — Bahalaşmanın gizli qalan nöqtəsi...
407
14:12 / 15 Aprel 2025
Xınalığa 20 sm qar yağdı
32
14:02 / 15 Aprel 2025
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
35
13:59 / 15 Aprel 2025
İşləməyən şəxslərə pensiya veriləcək - AÇIQLAMA
42
13:53 / 15 Aprel 2025
Məhkəmə Azər Zahid barədə yeni qərar verdi
462
13:51 / 15 Aprel 2025
Avropa mediası rus iş adamlarına qarşı sanksiyaların ləğvini qeyd edib
34
13:45 / 15 Aprel 2025
"Bu manatın zəifləməsinə səbəb olur"-BANK ACIQLADI
35
13:37 / 15 Aprel 2025
Tələbə qız özünü 15-ci mərtəbədən atdı
51
13:22 / 15 Aprel 2025
Təbiətlə bağlı olan uşaqlar möhkəm olurlar.
41
12:59 / 15 Aprel 2025
Təranə Səmədova azadlığa çıxmasını istəyir.
42
12:58 / 15 Aprel 2025
18 yaşında şəhid olmuşdu... — Bu gün onun doğum günüdür
330
12:57 / 15 Aprel 2025
Paşinyanın çıxışı zamanı deputatlar parlamenti tərk etdi
44
12:49 / 15 Aprel 2025
Dünyanın ən böyük konteyner gəmisi Çində istismara verilib
44
12:33 / 15 Aprel 2025
"Yetim Sabir"in adamları Bakıda evə atəş açıb videosunu çəkdilər - Kriminal hesablaşma
987
12:25 / 15 Aprel 2025
Erkək meymunların da saçı kişilərdə olduğu kimi yaşlandıqca tökülə bilir — Meymunlar haqqında sizi şoka salacaq faktlar
67
12:16 / 15 Aprel 2025
Sel və daşqın olacaq - XƏBƏRDARLIQ
49
11:59 / 15 Aprel 2025
Əlcəzair Fransaya sərt cavab vəd edir
56
11:58 / 15 Aprel 2025
ABŞ vitse-prezidenti Zelenskinin tənqidlərinə cavab verib
58
11:41 / 15 Aprel 2025
Argentina prezidenti onları lider adlandırdı
64
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.