Prezident sərəncam imzaladı
10 Aprel 2025, 10:49
Qaynar xətt:
(+99450) 247 90 86" Ərdoğandan fərqli olaraq İmamoğlu xarizmatik lider deyil" — Politoloq əslində nə baş verdiyini AÇIQLADI
SİYASƏT
3828
29.03.2025, 22:35
"Əkrəm İmamoğlunun həbsi rezonans doğursa da, əslində bu, elə də təəccüblü hadisə deyil". - Politoloq
"Tarixi aspektdən məsələyə baxsaq görərik ki, Türkiyədə Atatürk sonrasından bu günə qədər, siyasi həbslər, edamlar, saxlanılmalar, hətta hərbi çevrilişlər baş verib. Diqqətlə nəzər yetirsək onu da görərik ki, burada məsələnin daxili çalarları tamamilə fərqlidir.
O zaman sual yaranır. Niyə Əkrəmoğlunun həbsi bu qədər rezonans doğurub, niyə bu qədər camaat ayağa qalxıb? Bu məsələ İmamoğlu ilə əlaqədar deyil".
Bu fikirləri politoloq Turan Rzayev Oxu24.com-a açıqlaması zamanı qeyd edib.
Siyasi şərhçi əlavə olaraq, onu da qeyd edib ki, "Təbii ki, İmamoğlunun CHP-dəki nüfuzu bəllidir. Onun Türkiyə ictimaiyyətində kifayət qədər dəstəkçisi də var. Amma, bu qədər reaksiyasının ən önəmli faktoru Türkiyənin daxildə yaşadığı sosial və iqtisadi geriləmədir. Məsələn Türkiyənin hərbi xərcləri, xarici ölkələrdəki hərbi bazaları və xarici siyasətdə atdığı addımları nəticə etibarilə daxili siyasətdə də müəyyən problemlərə gətirib çıxara bilir.
İqtisadi baxımdan TL-nin dollar qarşısında dəyər itirməsi kimi hallar isə, Türkiyədə sosial narazılıqları yaradıb. Əslində isə, İmamoğlu bir bəhanədir. Yəni, daxili auditoriyada bəzi qüvvələr bunu bir fürsət kimi qiymətləndirməyə çalışırlar.
Əslində isə İmamoğlu ilə bağlı olan vəziyyət tam olaraq bununla əlaqədardır. Buna görə də, qeyd etmək istəyirəm ki, bu hadisənin daxili siyasətdə mühim bir dəyişikliyə səbəb olacağını düşünmürəm",-deyə politoloq bildirib.
Təəssüf ki, bizdə də, artıq bu yöndə fikirlər səsləndirilir ki, İmamoğlu Türkiyə müxalifətinin vahid namizədi kimi, növbəti prezident seçkilərində Ərdoğanın qarşısına çıxacaq. Bu yalnış bir düşüncədir:
"Əvvəla Türkiyə erkən seçimlərə getmir. Buna dair də konkret məlumat yoxdur. Hər seçki sonrası onsuzda bənzər fikirlər səslənməkdədir. Qarşıda isə bir neçə il var. Nəinki Türkiyə, dünya siyasəti sürətlə dəyişir, hadisələr ard-arda baş verir. Türkiyənin özündə də, qarşıdan gələn illərdə çox fərqli hadisələr baş verə bilər və bu müxtəlif reallıqlar da yarada bilər. Bu baxımdan düşünmürəm ki, bu hadisə Türkiyə siyasətində müxalifəti vahid cəbhədə birləşdirərək, Ərdoğana qarşı vahid bir mövqe sərgilədəcəkdir. Son seçkilərdə gördük ki, müxalifət birlik ola bilmir, nəticədə də prezident seçkisi Ərdoğanın qələbəsi ilə nəticələndi. İmamoğlunun həbsi məsələsi də, indiki məqamda daxili siyasətdə xüsusi bir yeniliyə səbəb olmayacaq".
Çox Maraqlıdır ki, İmamoğlunun başına gələnlər illər əvvəl bugünkü Türkiyə prezidenti Ərdoğanın da başına gəlib. O da bir müddət həbsdə qalıb və bir müddət İstanbul Böyük Bələdiyyəsinin sədri olub. Əslində isə, bu həbs Ərdoğanın karyerasında yüksəlməsinə gətirib çıxarıb:
"İmamoğlunda da belə olarmı?! Ağıllı davransa təbii ki, olar. Amma bunu reallaşdıra biləcəyini düşünmürəm. Belə bir məsələ də var, Ərdoğan Sağcıları, İmamoğlu isə Solcuları təmsil edir. Sağın ən önəmli üstünlüklərindən biri də Türkiyə cəmiyyətindəki dini mühafizəkar kütləyə xitab etməsidir. Əslində Ərdoğan bunu çox yaxşı bacardı. Bu amil siyasətdə çox önəmli olsa da, İmamoğlu bu faktora yönəlmir. Nəticə etibari ilə, bu onun siyasi fəaliyyətinə təsir edir.
Misal: CHP rəhbəri Özgür Özəl son proseslər ilə bağlı, Böyük Britaniyanın İşçi Partiyasına müraciət edib. Bu, bütün hallarda Ərdoğanın əlini gücləndirir ki, o xalqa sübut etsin ki, baxın, görün ki, CHP əslində kimlərə xidmət edir!
Onlar məntiqlə düşünsələr görərlər ki, Türkiyə Ərdoğan hakimiyyəti dövründə Britaniya ilə ən yaxşı siyasi xətt quran ölkədir.
Həmçinin oxuyun
Eyni zamanda da onu qeyd edim ki, İmamoğlu Ərdoğandan fərqli olaraq, xarizmatik lider deyil. Təbii ki, hər kəs kimi Ərdoğan da büs- bütün mükəmməl deyil, problemləri var. Amma, ən azı kütləni ələ almağı bacarır. İnsanların fikrini yönəltməyi bacarır, əsası isə iqtidarını qorumağı bacarır".
İmamoğlunun saxlanma xəbərindən sonra, TL dollar qarşısında tarixi rekord təzələdi. Təbii ki, burada söhbət mənfi rekorddan gedir:
"Bir çox xarici investır ölkədən, birjadan pullarını çəkdi. Sonrakı 2 gün ərzində isə, daxili bazara milyonlarla dollar buraxıldı. Bununla da iqtisadiyyat tənzimləndi. Adətən bu tipli xəbərlər birjalarda, iqtisadi sferada anlıq dəyişiklik ilə nəticələnir. Hazırda durum stabildir. Əvvəlki vəziyyətə qayıdıb, hətta artıma doğru gedir.
Bu hadisə Türkiyənin beynəlxalq imicinə necə təsir edəcəkdir sualınıza cavab olaraq isə, bunu deyə bilərəm ki, Ərdoğan indiki məqamda Qərb, Rusiya, ABŞ, Çin, Mərkəzi Asiya Türk dövlətləri, İran, və Yaxın Şərq siyasətində özünə xas şəkildə, sağlam əlaqələr qurub. Türkiyə hazırda regionun aparıcı ölkəsidir. Bir çox məsələlərdə yaxından iştirak edir. Buna misal olaraq Azərbaycan-Ermənistan danışıqları, Suriya münaqişəsi, islam dünyasındakı prestij məsələsi, türk dövlətlərinin inteqrasiya prosesləri, Rusiya -Ukrayna müharibəsi, bütün bu proseslərin içərisindədir.
Mən bu məsələnin xarici siyasətə də təsir edəcəyini düşünmürəm. Çünki Əkrəmoğlu o iqtidarda deyil, Ərdoğanın yaratmış olduğu əlaqələri sarsıda bilməz".
İndiki məqamda Ərdoğana qarşı kompaniya aparmaqları çətin məsələdir.
"Eyni zamanda, onu da xüsusi ilə vurğulamaq istəyirəm ki, orduda Ərdoğana sadiq kadrların sayı çoxdur. Yetişən kadrlar belə, ona sadiq qüvvələr əsasında formalaşdırılır. Təkcə Hakan Fidan faktoru nəyə desəniz dəyər. Uzun illərdir ki, həm daxili, həm də xarici bir çox məsələləri H.Fidan özü koordinasiya edir. İndiki məqamda Ərdoğana qarşı kompaniya aparmaqları çətin məsələdir.
Eyni zamanda nəzərinizə onu da çatdırım ki, Türkiyə siyasi ənənəsində xalq hərəkatları uğurla nəticələnməyib. Hesab edirəm bir müddət sonra proseslər səngiyəcək. Növbəti seçkilərə tamam fərqli reallıqlarla gediləcək. Böyük ehtimal CHP bu situasiyanı sona qədər istifadə edəcək. Amma mən xalqın bunu axıra qədər aparacağına inanmıram. Çünki, Türk xalqı unutqandır. Eyni ilə bunu özümüzə də şamil edirəm. Bu tip məsələləri biz tez unuduruq, gündəm tez dəyişir. Sosial şəbəkələrin imkanlarından Ərdoğan və iqtidarı yaxşı istifadə edə bilir, bunu çox gözəl bacarırlar.
Demirəm ki, mütləq Ərdoğan növbəti seçkilərdə qalib gələr, amma ən azından proseslər səngiyəcək və Ərdoğan nəzarəti yenidən bərpa edəcək" deyə- politoloq əlavə edib.
Müsahibəni apardı: PƏRVİN ŞAKİRQIZI
13:47 / 10 Aprel 2025
Ağstafada 9-cu sinif şagirdi bıçaqlanıb
1
13:15 / 10 Aprel 2025
Pensiyalar verildi
17
12:59 / 10 Aprel 2025
Bitcoin 250.000 dollara qədər yüksələ bilər
18
12:55 / 10 Aprel 2025
Argentina Xamneyinin həbsini tələb edir
122
12:55 / 10 Aprel 2025
Çin tarif müharibəsindən qorxmur
18
12:55 / 10 Aprel 2025
NATO "Rusiya hücumu" ssenarisi ilə təlimlər keçirir
18
12:42 / 10 Aprel 2025
“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib
26
12:33 / 10 Aprel 2025
Tokayev payızda Rusiyaya səfər edəcək
20
12:26 / 10 Aprel 2025
Bu ixtisaslar üzrə ballar artacaq - Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ
197
12:21 / 10 Aprel 2025
Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
23
12:07 / 10 Aprel 2025
Ticarət müharibəsi artdıqca neft ucuzlaşır
37
12:05 / 10 Aprel 2025
Kallas ABŞ haqqında kədərli nəticə çıxardı
37
11:54 / 10 Aprel 2025
Dünyanın ən zəngin insanları bir gündə rekord gəlir əldə ediblər
33
11:40 / 10 Aprel 2025
Pentaqon rəhbəri hərbi bazaların Panamaya qaytarılmasına icazə verib
49
11:33 / 10 Aprel 2025
TƏCİLİ! Məşhur hakim təqaüdə yola salındı
127
11:25 / 10 Aprel 2025
Ahıl qadın dərəyə yıxılaraq ölüb
43
10:50 / 10 Aprel 2025
AQTA XƏBƏRDARLIQ ETDİ- bu xəstəlik təhlükə törədir
44
10:49 / 10 Aprel 2025
Prezident sərəncam imzaladı
916
10:29 / 10 Aprel 2025
Misirdə binanın uçması nəticəsində doqquz nəfər ölüb
47
10:27 / 10 Aprel 2025
Xanlar Vəliyevin qızına yüksək vəzifə verildi
63
10:12 / 10 Aprel 2025
Əhaliyə XƏBƏRDARLIQ: Bu gündən...
48
10:12 / 10 Aprel 2025
Ayda 70 min qazandıqlarını deyən müğənnilər nə qədər vergi ödəyir? — Araşdırma
54
10:03 / 10 Aprel 2025
Güclü yanğın olub: Yaralananlar var
50
09:59 / 10 Aprel 2025
Müdafiə Nazirliyi açıqlama yayıb
49
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.