SOCAR-ın prezidentinə daha bir vəzifə verildi
09 Aprel 2025, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86Bu uşaqlara ayda 105 manat verilir – Valideynlərin nəzərinə
SİYASƏT
10242
27.02.2025, 13:28
“Son zamanlar bizə ünvanlanan müraciətlər içərsində 5 uşaqlı ailələrə aylıq müavinətin ödənilib-ödənilməməsi ilə bağlı xeyli suallar var. Hazırda 5 uşağı olan valdeyinlər daha tez pensiyaya çıxmaq hüququna malikdir”.
Oxu24.com xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar:
“Bu qanuna görə, 5 və daha çox uşağı olan ailələr çox uşaqlı ailələr hesab olunurlar. Bəs, həmin ailələrə aylıq sosial müavinət ödənilməlidirmi? “Sosial müavinətlər haqqında” Qanuna əsasən beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir. Yəni həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinət ilə bağlı məlumatı olmayıbsa o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir”.
Deputat deyib ki, sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur:
Həmçinin oxuyun
“Yəni beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”.
Vüqar Bayramov bildirib ki, əhalinin sonuncu siyahıya alınmasına görə ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunur:
“Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-i 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Eyni zamanda 4 və daha çox uşaqlı ailələr 110.4 min, 3 uşaqlı ailələr 256.3 min, 2 uşaqlı ailələr 557.8 min, 1 uşaqlı ailələr 423.0 mindir.
Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailənin aylıq müavinət almasına imkan yarada bilər”. (Qlobalinfo)
18:33 / 09 Aprel 2025
İran və Ermənistanın xüsusi təyinatlı qüvvələrinin təlimləri olacaq
1
18:27 / 09 Aprel 2025
Sabah bu rayonda işıq olmayacaq
8
17:51 / 09 Aprel 2025
Müğənnidən canlı yayımda şok: " Sevgilimlə bir yerdə olanda ona xəyanət etdim" — VİDEO
207
17:48 / 09 Aprel 2025
Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq məhkəməyə verildi - Cərimələndi
39
17:29 / 09 Aprel 2025
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ
81
17:20 / 09 Aprel 2025
Lyon bələdiyyə başçısı saxlanılıb
47
17:15 / 09 Aprel 2025
SOCAR-ın prezidentinə daha bir vəzifə verildi
319
17:12 / 09 Aprel 2025
Qırğızıstanda dövlət çevrilişi hazırlayanlar tutuldu
47
17:08 / 09 Aprel 2025
Dominikanda klubunun damının uçması nəticəsində 113 nəfər həlak olub
46
16:24 / 09 Aprel 2025
Prezidentdən yeni təyinat
1214
15:32 / 09 Aprel 2025
Almaniyanın ən populyar partiyası məlum olub
64
15:19 / 09 Aprel 2025
Rəisi yarıçılpaq fotoları ilə şantaj etdilər
667
15:11 / 09 Aprel 2025
Cavab əvəzinə öz nömrəsini yazdı - İmtahanda kuryoz
91
14:54 / 09 Aprel 2025
Yaşlı dəvə gündə 25-30 litr su içir — Dəvələr haqqında maraqlı faktlar
107
14:20 / 09 Aprel 2025
"Şərurlu İsfəndiyar illərlə Ramiz Mehdiyevin himayəsində olub" — Tanınmış yazıçıdan şok sözlər
344
14:18 / 09 Aprel 2025
Ukrayna ABŞ-la saziş hazırlamaq üçün 2,7 milyon dollar ayırıb
91
14:08 / 09 Aprel 2025
Avropa İttifaqı ölkələrindən çağırış
78
14:02 / 09 Aprel 2025
Polşa Trampın nüvə iqtisadi müharibəsinə başladığını bildirir
91
13:28 / 09 Aprel 2025
Qadını şantaj edən şəxs tutulub
110
13:07 / 09 Aprel 2025
ABŞ bir sıra ölkələrə qarşı “ölüm hökmünü” ləğv edib
96
12:59 / 09 Aprel 2025
Pekin Ukrayna əsirliyində olan Çinlilərə münasibət bildirib
106
12:55 / 09 Aprel 2025
Çin Trampa sərt cavab verməklə hədələyir
98
12:37 / 09 Aprel 2025
Sabahın havası ilə bağlı xəbərdarlıq
107
12:29 / 09 Aprel 2025
Kanada Trampa cavab verdi
103
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.