Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynaya əlavə humanitar yardım göstəriləcək

SİYASƏT

1002

24.02.2025, 09:15

Kopenhagen Ukraynaya humanitar yardım üçün daha 405 milyon Danimarka kronu (56,81 milyon dollar) ayıracaq.

OXU24.COM xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ukraynada humanitar vəziyyət hələ də ağır olaraq qalır. BMT-nin məlumatına görə, 13 milyon ukraynalının humanitar yardıma ehtiyacı var.

2022-ci ilin fevral ayından Danimarka hakimiyyəti Kiyevə 7,2 milyard avro hərbi yardım və ölkənin humanitar dəstək və yenidən qurulması üçün təxminən 709 milyon avro göndərib.

Fevralın 21-də Danimarkanın baş naziri Mette Frederiksen deyib ki, ABŞ “sülhü qorumaq” üçün Ukraynaya qoşun yeritməlidir.

Fredrikson Rusiyanı Ukraynada sülh əldə etmək istəməməkdə ittiham edib .