Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13040
az

35 müəllifin əsəri və 11 film dövlət varidatı elan edildi

10:0411 May, 2019
536
SİYASƏT
  • A
 
Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq

edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.


Bununlada 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Siyahını təqdim edirik: 

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

1. Qətran Təbrizi;

2. Məhsəti Gəncəvi;

3. Əfzələddin Xaqani;

4. Nizami Gəncəvi;

5. Qazi Bürhanəddin;

6. İmadəddin Nəsimi;

7. Aşıq Qurbani;

8. Şah İsmayıl Xətai;

9. Məhəmməd Füzuli;

10. Aşıq Abbas Tufarqanlı;

11. Molla Pənah Vaqif;

12. Molla Vəli Vidadi;

13. Qasım bəy Zakir;

14. Mirzə Fətəli Axundzadə;

15. Həsən bəy Zərdabi;

16. Seyid Əzim Şirvani;

17. Xurşidbanu Natəvan;

18. Mirzə Ələkbər Sabir;

19. Nəcəf bəy Vəzirov;

20. Aşıq Ələsgər;

21. Cəlil Məmmədquluzadə;

22. Əbdürrəhim bəy Haqverdiyev;

23. Cəfər Cabbarlı;

24. Əhməd Cavad;

25. Mikayıl Müşfiq;

26. Əhməd bəy Ağayev;

27. Əli bəy Hüseynzadə;

28. Nəriman Nərimanov;

29. Məmməd Səid Ordubadi;

30. Hüseyn Cavid;

31. Əzim Əzimzadə;

32. Yusif Vəzir Çəmənzəminli;

33. Üzeyir Hacıbəyov;

34. Səməd Vurğun;

35. Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər:

“Sevil ” (1929-cu ildə çəkilmişdir);

2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

11. “Görüş” (1955-ci ildə çəkilmişdir). 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ