Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
28 Mart 2025, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
952
12.02.2025, 12:21
“Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Həmçinin oxuyun
Dövlət başçısı qeyd edib ki, biz danışıqlar prosesindəyik: “Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.
Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər”.
23:20 / 28 Mart 2025
ABŞ İranı təhdid edib
22
23:10 / 28 Mart 2025
Polad Bülbüloğlu xanımı ilə — FOTO
331
22:51 / 28 Mart 2025
Qıcıqlandırıcı öskürək zamanı nə etməli?
28
22:43 / 28 Mart 2025
ABŞ bu adaya göz dikib
25
22:35 / 28 Mart 2025
Tramp İranı hədələyib
26
22:16 / 28 Mart 2025
Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda
511
21:58 / 28 Mart 2025
Aİ Ukraynanın kəşfiyyat məlumatlarına çıxışını genişləndirəcək
25
21:49 / 28 Mart 2025
Zakir Həsənovdan təbrik
24
21:48 / 28 Mart 2025
Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb
34
21:41 / 28 Mart 2025
Zelenski: ABŞ atəşkəs rejiminə əməl olunması ilə bağlı bir sıra ölkələrlə məsləhətləşir
32
21:35 / 28 Mart 2025
Kirkorov Moldovaya girişin qadağan edilməsinə etiraz edir
33
20:56 / 28 Mart 2025
WhatsApp -da yazışmalarımız izlənir? — Yayılan mesajlarla bağlı AÇIQLAMA
366
20:52 / 28 Mart 2025
Günəşdə güclü partlayış baş verib
45
20:49 / 28 Mart 2025
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
48
20:47 / 28 Mart 2025
144 nəfər ölüb, 700 şəxs yaralanıb
44
20:08 / 28 Mart 2025
Doğru cavab neçədir? — İQ testi +DOĞRU CAVAB
445
19:55 / 28 Mart 2025
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
62
19:48 / 28 Mart 2025
Tramp artıq "24 saata" Ukraynada sülhdən danışmır
65
19:38 / 28 Mart 2025
Kanadalı xokkeyçi Gretzkinin rekordunu qırdı
57
18:25 / 28 Mart 2025
Türkiyəni nə gözləyir? — Ərdoğan və İmamoğlu mübarizəsinin pərdəarxası — Politoloq Məhəmməd Əsədullazadənin ŞƏRHİ
2188
17:49 / 28 Mart 2025
Ukrayna və Rusiya meyitləri qaytardılar
86
17:31 / 28 Mart 2025
Azərbaycanda məşhur professor vəfat etdi
507
17:26 / 28 Mart 2025
Sərnişin stüardessaları dişlədi
82
17:19 / 28 Mart 2025
İspaniya hakimiyyəti ABŞ-ı Aİ ilə danışıqlara çağırır
88
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.