Qaynar xətt:

(+99450) 247 90 86

Milli Şura özünü biabır etdi - MİTİNQƏ GƏLƏN OLMADI

SİYASƏT

1087

31.03.2018, 21:59

\"\" Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb. İdarədən Oxu24.com--a daxil olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. \"Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb\", - məlumatda qeyd olunub.