Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Putinlə təmaslarını şərh etməkdən İMTİNA ETDİ

SİYASƏT

126

10.02.2025, 09:30

Ağ Ev rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının təfərrüatlarını açıqlamayıb.

OXU24.COM  bu barədə Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir.

“Prezident Putinlə nə vaxt və nə qədər tez-tez əlaqə saxladığını dəqiqləşdirməkdən imtina edib”, - bəyanatda deyilir.

Fevralın 8-də Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Lakin o, söhbətin nə qədər davam etdiyini və ümumilikdə Putinlə nə qədər əlaqə saxladığını açıqlamayıb.

Əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olub. Amerika lideri döyüşlərə son qoymaq üçün onun “konkret planı” olduğuna aydınlıq gətirib və Kiyevlə Moskva arasında silahlı qarşıdurmanın tezliklə bitməsinə ümid etdiyini bildirib.