Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11999
az

Azərbaycan Xalq Hərəkatının iclasında dava düşdü

19:4915 Aprel, 2019
866
SİYASƏT
  • A
 
Bu gün Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin növbəti iclası keçirilib.

ONA-nın məlumatına görə, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən iclasa Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sədrlik edib.

AXH-nin dönəm sədri Tural Abbaslı iclasa gecikib və buna  səbəb kimi məhkəməyə getməsini göstərib. T. Abbaslı daha sonra isə təşkilatın prosedur qaydasına etiraz edib, iclasa onun deyil, M. Mirəlioğlunun sədrlik etməsini düzgün saymayıb. M. Mirəlioğlu isə T. Abbaslının iradını haqlı hesab edib. KXCP sədri bildirib ki, iclasa özünün sədrlik məsələsi səsverməyə qoyularkən bunun əleyhinə səs verib.

T. Abbaslı çıxışında AXH İdarə Heyətinin üzvü Qurban Məmmədovla vatsap yazışmaları barədə məsələyə də toxunub. Həmin yazışmanın saxta olduğunu bildirən T. Abbaslı qeyd edib ki, Q. Məmmədovla vatsap yazışması olsa, bundan imtina etməzdi: “Çıxıb deyərdim ki, yaxşı etmişəm. Məsələn, sabah mənim bir yazım çıxacaq ki, Əli bəyin əleyhinə çıxış etmişəm. Yaxşı eləmişəm”.

Bundan sonra isə T. Abbaslı ilə İdarə Heyətinin üzvü Süleyman Kərimov arasında qalmaqal yaşanıb. S. Kərimov T. Abbaslını AXH-ni parçalamağa çalışmaqda günahlandırıb: “Sənin bu çıxışların AXH-ın əleyhinədir və AXH-nin parçalanmasına xidmət edir”.

T. Abbaslının cavabı isə sərt olub: “Xoşunuza gəlmirsə, buranı tərk edin. Gedin, AXH-nin  Əsasnaməsini oxuyun. Bunu kim salıb bura? Nə işi var burda? Danışığını, oturuşunu bilmir".

İclas müzakirələrlə başa çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlqar Muradov xalq artisti,Musa Yaqub xalq şairi oldu - SƏRƏNCAM
Azərbaycan Xalq Hərəkatının iclasında dava düşdü

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı