Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1134
az

Şəhid ailəsini ələ salan məmur kimdir?

14:0427 Aprel, 2018
2589
  • A

 

Aprel döyüşləri zamanı şəhid olan hərbçi Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev tərəfindən Femida.az-a müraciət daxil olub. Şəhid atasının sözlərinə görə, Beyləqan Rayon İcra Hakimiyyəti rəhbərinin tapşırığı əsasında şəhid ailələrinə torpaq sahələri ayrılır. 


Buna baxmayaraq həmin torpaq sahəsi bu günə kimi Dünyamalılar Kənd Bələdiyyəsinin sədri Sahib Cəfərov tərəfindən ailəyə verilmir.


“Bu məsələ artıq iki ildir ki, var. Beyləqan rayonundan olan digər şəhid ailələrinə pay torpaq sahəsi ayrılsa da, bizə verilmir. Bələdiyyə sədri gühanı icra hakimiyyətində, icra hakimiyyəti də bələdiyyə sədrinin üzərinə atır. Mən bununla bağlı sədrə bir neçə dəfə müraciət etmişəm. Bizə şərt qoydular ki, həmin torpaqda pambıq əkməliyik. Mənim buna gücüm çatmır. Oğlum bu yay hərbi xidmətə yollanacaq. Bizim əsas fəaliyyətimiz kənd təsərrüfatıdır. Bunun üçün də kifayət qədər yerimiz yoxdur. Süründürməçilik nəyə, kimə lazımdır?”

Femida.az məsələ ilə bağlı Beyləqan rayon Dünyamalılar kənd bələdiyyəsinin sədri Sahib Cəfərovla əlaqə saxlayıb.

Bələdiyyə sədrinin sözlərinə görə, hazırda şəhid ailəsinin yaşadığı əraziyə yaxın boş torpaq sahəsi yoxdur.

“Məhəbbət Mirzəyev bizim kəndin fəxridir. Necə ola bilər ki, biz onun ailəsinə diqqət etməyək? Onların yaşadığı əraziyə yaxın torpaq sahəsində pambıq əkilib. Pambıq yığımı başa çatdıqdan sonra həmin ərazidən şəhid ailəsi üçün torpaq sahəsi verəcəyik. Burada başqa variant ola bilməz” deyə sədr bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi