Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105553
az

Finlandiyadan Rusiya ilə bağlı QƏRAR: Aprelin 15-dən...

17:5905 Aprel, 2024
125
SİYASƏT
  • A

Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.

OXU24.COM  bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

“Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən bağlı qalmasına qərar verib”, - qeyd edilib.

 

Açıqlamada həmçinin, aprelin 15-dən etibarən Haapasaari, Nuijamaa və Santio limanlarının turist gəmiləri üçün qeyri-müəyyən müddətə bağlanacağı bildirilib.

 

“Bu tədbirlərlə ölkəyə qeyri-qanuni mühacir axınının qarşısını almağı hədəfləyirik. Finlandiyaya qeyri-qanuni mühacir axını davam edərsə, bu, ölkənin milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacaq”.

 

Xatırladaq ki, bu il fevral ayında Finlandiya sərhədin bağlanmasının aprelin 14-dək davam edəcəyini açıqlamışdı.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN Fransanın qərarını pislədi
Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI