Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102325
az

İndiyədək seçicilərin 38,57 faizi səsvermə hüququndan istifadə edib

12:2507 Fevral, 2024
158
SİYASƏT
  • A

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 12:00-a qədər respublika üzrə 2499033 nəfər səs verib. Seçici fəallığı 38,57 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6499-dür.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM
Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Samir Nuriyev İqor Petrişenko ilə görüşüb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi