Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102186
az

Bundesver generalı: "Müharibə Ukrayna qalib gələndə bitəcək"

19:2905 Fevral, 2024
162
SİYASƏT
  • A


Ukrayna hərbçiləri Rusiyanı döyüş meydanında məğlub etməklə müharibəni bitirmək iqtidarındadır, lakin döyüş sursatının tədarükü hələ də əsas məsələ olaraq qalır. 

OXU24.COM  xəbər verir ki, bu barədə Freydinq RND-yə müsahibəsində Almaniya Müdafiə Nazirliyinin Ukrayna xüsusi qərargahının rəhbəri və Kiyevə dəstək üzrə koordinator, general-mayor Kristian Freydinq deyib.

" Çünki biz dəstəyimizin dəyərinə və hamımızın istədiyi nəticəni əldə etmək üçün əzmkarlıq iradəsi olan Ukrayna tərəfdaşlarının birliyinə əminik", - general deyib.

İki ilə yaxındır davam edən genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi sualına cavab olaraq Freydinq deyib: "Müharibə Ukrayna qalib gələndə bitəcək”.

Eyni zamanda o, Aİ-dən Ukraynaya sursat tədarükü və ABŞ-dan yardımın təsdiqlənməsinin gecikdirilməsi ilə bağlı vəziyyəti bəzəməyəcəyini bildirib.

"Ancaq burada rol oynayan təkcə rəqəmlər deyil. Hazırda Ukraynanın istifadə etdiyi sistemlərin əksəriyyəti öz effektivliyinə görə Rusiya sistemlərindən qat-qat dəqiqdir. Bu həm də o deməkdir ki, sizə daha az döyüş sursatı lazımdır. Təkcə biz Almaniyadan bu il yəqin ki, artilleriya sursatının tədarükünü iki dəfədən çox artıra biləcəyik”, - deyə general izah edib.
"Lakin sursat təchizatı Qərbin dəstəyində əsas məsələ olaraq qalır”, - o əlavə edib.

Freydinq həmçinin hesab edir ki, Ukrayna döyüş meydanındakı itkiləri əvəz etmək və döyüş hissələrini bərpa etmək üçün səfərbərliyə ehtiyac duyur.

Xatırladaq ki, Avropa İttifaqı Ukraynaya mart ayına qədər vəd edilən milyon əvəzinə cəmi 500 min artilleriya mərmisi verə biləcəyini etiraf edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər