Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.
Oxu24.com-un xəbərinə görə, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Oxu24.com
ŞƏRHLƏR