“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
04 Aprel 2025, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2960
14.04.2023, 11:47
“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” şirkətinin subpodratçıların pulunu ödəmədiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC tərəfindən keçirilən mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, “6-cı Mərtəbə” şirkətinin rəhbəri Yunis Nəbiyev və şirkətin sahibi Atəş Təhməzov bazarın açılışından 11 ay keçməsinə baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirmir.
“MV Group”un layihə rəhbəri Fatih Turan konfransda bildirib ki, qarşı tərəflə 30 dəfə görüşsələr də, ortaq məxrəcə gələ bilməyiblər: “Layihədə ciddi gecikmələr oldu. Metal konstruksiya işlərini görən digər şirkət və “6-cı Mərtəbə” şirkətindən qaynaqlanan problemə görə 9 ay sürüşmə yarandı. Nəticədə biz də ödənişlərimiz ala bilmədik. Müqavilə müddətinin bitməsindən 2 ay keçəndən sonra hələ avans məbləğini bizə vermişdilər. 9 ay müddətində doğru-düzgün iş görülmədiyi halda hər kəs bu şirkət tərəfindən məcburi iş yerində gözlədilirdi. Kadrlara görə əlavə pul alırdı deyə bizim işçiləri də öz kadrı kimi göstərirdi.
Bir müddət 24 saatlıq iş rejimində çalışdıq. 7 ay ərzində görülməli olan işi 3 aya gördük. Təsəvvür edin ki, eyni vaxtda görülməsi mümkün olmayan işlər bərabər aparılırdı. Məsələn, dam örtüyü vurulmamış yerdə malyar, mexaniki-elektrik işləri görülürdü. Yağış yağırdı və yenidən biz eyni işləri görürdük. “6-cı Mərtəbə” şirkətinin rəhbəri Atəş Təhməzli isə bunların qarşılığının olacağını deyirdi. Sifarişçidən tələb edəcəyini bildirirdi. Sifarişçi nəzərə alıb onlara pul ödəsə də, bizə heç nə çatmadı.
Ətraflı
Həmçinin oxuyun
Borclarımızı ödəmək üçün güzəştə də getdik. Bütün bunlara baxmayaraq, tələblərimiz qəbul edilmədi. Problem bizdə olmadığı halda günahkar çıxarmaq istəyirlər. Haqqımızı tələb edirik. Məhkəməyə də gedəcəyik. Hazırda bizə 760 min manat borcları var”.
“MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadə isə bildirib ki, “Şərq Bazarı” layihəsi üçün aldıqları inşaat mallarına görə bazarda böyük məbləğdə borcları yaranıb: “Birinci müqavilə üzrə 138 min 891 manat, əlavə görülmüş işlər görə isə 43 min 533 manat borcu var. Həmçinin, işin yubadılmasına görə şirkətimizə 215 min 727 manat, işin yubadıldığı 8 ay ərzində bazarda yaranan qiymət artımı nəticəsində isə şirkətimizə 190 min manat zərər dəyib. İkinci müqavilə üzrə görülmüş işlərə görə “6-cı Mərtəbə” Müstəqil Şirkətinin “MECC” MMC-yə 642 min 709 manat borcu var. Ödənişlər zamanında edilmədiyi üçün bankdan kredit götürüb layihə üzrə öhdəliyimizə əsasən işimizi davam etdirdik. Şirkət bizə olan borcu ödəmədiyi üçün bizim banklara olan borcumuzun kredit faizi 50 min manatdan çox artdı. İki müqavilə üzrə yekun borc 1 milyon 429 min manatdır”.
“İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Dəmircan isə bildirib ki, “6-cı Mərtəbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2020-ci ildə məhəccər, qapı, pəncərə, vitraj və dam örtükləri üçün 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: “10 ay ərzində avans ödəmələri edilməyib. Borc hazırda 3 milyon 189 min 173 manatdır. İnşaat sahəsində işlərin görülməsi gecikdirilib Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçilərin əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edirlər. “6-cı Mərtəbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirmədiyi üçün “İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat zərər dəyib”.
Şikayətçilər onlara dəymiş zərərin ödənilməsi üçün müvafiq qurumlara müraciət etdiklərini, məhkəmədə iddia qaldıracaqlarını bildiriblər: "Dəfələrlə Atəş Təhməzovla görüşüb borcun və bizə dəymiş zərərin qaytarılmasını tələb etmişik. Bazar 11 ay öncə təhvil verilsə də, bizə hələ də ödəniş edilməyib. Hüquqlarımızın bərpası üçün öncə Mediasiya Şurasına müraciət etdik. Qarşı tərəf bu təşkilatın sorğularına cavab vermədi, görüşə gəlmədi. Mediasiya Şurası da bizə məhkəməyə müraciət etmək hüququmuzu xatırlatdı. Biz də müraciət edəcəyik və problemi mütəmadi olaraq mediada ictimailəşdirəcəyik”, - deyə rəhbərlər qeyd edib.
23:54 / 12 Aprel 2025
Trampdan Rusiya ilə bağlı - Fərman
49
23:04 / 12 Aprel 2025
Polis bu qızı axtarır
180
22:51 / 12 Aprel 2025
Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb
48
22:30 / 12 Aprel 2025
Ticarət mərkəzindəki biabırçı hadisə kameraya düşdü — VİDEO
133
22:25 / 12 Aprel 2025
Bu uşaq axtarılır
54
22:19 / 12 Aprel 2025
Azərbaycanda ən çox viza bu ölkələrə verilib - Siyahı
114
22:12 / 12 Aprel 2025
Azərbaycanla Türkiyə arasında müttəfiqlik gündəliyində duran məsələlər müzakirə olunub
46
22:02 / 12 Aprel 2025
Toylarda bu adət qadağan olunur? - Açıqlama
66
21:50 / 12 Aprel 2025
Televiziyanın operatoru görün nədən öldü
939
21:37 / 12 Aprel 2025
İdmançı hamilə halda oyuna çıxdı — VİDEO
309
21:02 / 12 Aprel 2025
Evin şəhid olan tək oğlu — 18 yaşında şəhadətə ucalmışdı
562
20:54 / 12 Aprel 2025
Beyni sağlam saxlayan 7 qida: Zehni gücü artırır
134
20:46 / 12 Aprel 2025
Panik atakı olanlar mütləq oxusun! — Həkim xilas yolunu açıqladı
1524
20:44 / 12 Aprel 2025
Maqnit qasırğası olacaq
75
20:40 / 12 Aprel 2025
Zəlzələ oldu
74
20:03 / 12 Aprel 2025
İQ səviyyənizi bu testlə yoxlayın — Doğru cavab
654
20:00 / 12 Aprel 2025
17 yaşlı oğlan itkin düşdü - Foto
71
19:41 / 12 Aprel 2025
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
84
19:06 / 12 Aprel 2025
SON DƏQİQƏ! Baş Prokurorluq Elşad Abdullayevlə bağlı açıqlama yaydı
1282
17:50 / 12 Aprel 2025
Polis bu şəxsi axtarır
291
17:40 / 12 Aprel 2025
Mehriban xanım Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib
120
17:17 / 12 Aprel 2025
Azərbaycanda zəlzələ oldu
962
15:07 / 12 Aprel 2025
Korotçenkodan XƏBƏRDARLIQ: “İrana hücum gündəmdədir, Rusiya əlindən gələni edəcək”
142
14:59 / 12 Aprel 2025
Çərdəyi uddu, orqanın kəsib götürdülər - FOTO
150
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.