“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
04 Aprel 2025, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2743
21.07.2022, 21:57
Rüstəmov Əyyub Teyyub oğlu Vətən Müharibəsinin iştirakçısıdır. Atası Teyyub Rüstəmov Birinci Qarabağ Müharibəsi şəhididir. Əyyub hərbçidir, Vətən Müharibəsinə də ağır artilleriya mütəxəssisi kimi qatılıb.
Müharibənin qızğın günlərindən birində diviziyanın mərmisi bitir, Əyyub 52 yeşik mərminin ardınca başqa istiqamətə göndərilir: “Hava qaralmışdı, mən qayıdanda. Tək idim, Cəbrayıl istiqamətindən keçəndə avtomobilim minomyot zərbələrinə tuş gəldi. İki mərmidən maşını sağa-sola çəkə-çəkə yan keçə bildim. 3-cü mərmidən yayına bilmədim, 52 yeşik mərmi də dağıldı, maşın da aşdı. Tələsirdim ki, uşaqlar mərmisiz qalmasın. Uzun müddət huşsuz vəziyyətdə qalmışam, təsadüfən təcili yardım o istiqamətdən keçərkən görüb ki, “MAZ” aşıb və içində bir nəfər də yaralı var. Bundan sonra təhlükəsiz əraziyə gətirilmişəm və Beyləqan xəstəxanasına yerləşdirilmişəm”.
Əyyub bu hadisədən sonra düz bir həftə hərbi hospitalda müalicə alır və həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər: “Dizim əzilmişdi, alnımı qəlpə sıyırmışdı. Maşının alın şüşəsi gicgahıma girmişdi, sağ əlim sınmışdı. Dizimdə ət sümükdən ayrılmışdı. Qolum boynumdan asılı idi. Hərbi hospitalda bildirdilər ki, kim yenidən qayıtmaq istəyir, komandirlər bizə dəyməyə gəlmişdi. Mən yenidən qayıtmaq istədiyimi dedim, amma həkim yenidən qayıtmağıma icazə vermədi. Nə sürücü, nə də döyüşçü kimi”.
Müharibədən sonra o, Hərbi Hospitala gələrək komissiyadan keçir. Belə qənaətə gəlinir ki, aldığı kəllə-beyin travması ilə bağlı Maştağa Ruhi Əsəb Dispanserində müalicə almalıdır. Əyyub stasionar formada 3 həftəlik müalicə kursu alır.
Bundan sonra o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edir, sənədlərini təqdim edib əllik təyinatı ilə bağlı cavab gözləyir. Bundan başqa, Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunda da həkim komissiyasından keçir.
Bir müddətdən sonra əlillik təyinatı ilə bağlı ona cavab gəlir. Tibbi-sosial ekspertiza komissiyasının Əyyub Rüstəmova rədd cavab verdiyi məlum olur.
APA TV-yə şikayətindən sonra Qarabağ qazisinə niyə rədd cavabı verildiyini daha dəqiq öyrənib, ona kömək etmək məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik.
Həmçinin oxuyun
Cavab olaraq bildirildi ki, Vətən Müharibəsi iştirakçısı, Rüstəmov Əyyub Teyyub oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə 14.06.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunub.
Əyyub Rüstəmovun sağlamlıq vəziyyətinin müayinəsi zamanı travmasının ağırlaşmasının dəqiqləşdirilməsinə ehtiyac yarandığından, stasionar şəraitdə əlavə müayinə və müalicənin aparılması üçün müvafiq prosedurların həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib və bu barədə vətəndaşa məlumat verilib.
Vətəndaşa əlilliyin təyin olunub, olunmaması növbəti reabilitasiya prosesindən sonra məlum olacaq.
Əyyub Rüstəmov “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qazi Əyyub Rüstəmov Bakıda kirayə yaşayır. Kirayə pulunu ödəyə bilmədiyi üçün hazırda oradan çıxarılıb. Ailəlidir, 3 yaşında bir övladı var. O, yalnız Vətən Müharibəsi veteranı üçün nəzərdə tutula 80 manat təqaüdlə dolanır.
21:23 / 06 Aprel 2025
Mədən çökdü: Ölən və yaralanan var
70
21:09 / 06 Aprel 2025
Sabah bu ərazilərdə işıq olmayacaq
346
20:36 / 06 Aprel 2025
Məşhur aktyor vəfat etdi
939
20:35 / 06 Aprel 2025
İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
199
20:21 / 06 Aprel 2025
Bank kartlarına edilən dələduzluqla bağlı YENİ XƏBƏRDARLIQ - VİDEO
81
19:30 / 06 Aprel 2025
Sabah Bakıda 24 dərəcə isti olacaq
80
17:50 / 06 Aprel 2025
Trampa belə etiraz etdilər - Fotolar-Video
105
11:54 / 06 Aprel 2025
Rəqsanə dovğa bişirdi — Bu qiymətə satacaq (VİDEO)
516
11:48 / 06 Aprel 2025
Yazda hansı vitaminlər qəbul edilməlidir?
185
11:39 / 06 Aprel 2025
Sürücü belə xilas edildi — FHN video yaydı
190
11:35 / 06 Aprel 2025
Avtomobil alanlar diqqətli olsun! — Bu yolla müdaxilə edilir (VİDEO)
568
11:11 / 06 Aprel 2025
ANAMA-nın əməkdaşı minaya düşdü
164
11:09 / 06 Aprel 2025
Müavinət və təqaüdlər artırılacaq - Bu tarixdə
1202
10:59 / 06 Aprel 2025
Reper vəfat etdi - FOTO
183
10:37 / 06 Aprel 2025
Türkiyədə atışma olub, azı 5 nəfər ölüb
180
10:25 / 06 Aprel 2025
Aygün Kazımovanın mətbuat xidmətindən oxuyan Kəmalə Günəşliyə sərt cavab
11687
21:47 / 05 Aprel 2025
Naibə Allahverdiyevaya ağır itki
825
20:30 / 05 Aprel 2025
Dilənçinin üzərindən görün nə qədər pul çıxdı — ŞOK VİDEO
532
17:33 / 05 Aprel 2025
Zakir Həsənov generallara tapşırıq verdi
322
16:47 / 05 Aprel 2025
Sağlamlıq iksiri
340
16:09 / 05 Aprel 2025
Fransa qorxuya düşüb:
370
15:34 / 05 Aprel 2025
Baş həkimi olduğu xəstəxananın direktoru təyin olundu - FOTO
396
14:11 / 05 Aprel 2025
SON DƏQİQƏ! Rusiya zərbə endirdi: Xeyli sayda ölən var
1113
14:05 / 05 Aprel 2025
Sabahın havası necə olacaq?
384
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.