Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71686
az

Ucar rayon sakinləri Azərişıq-dan Prezident İlham Əliyevə şikayət etdi - VİDEO

21:2604 İyul, 2022
4471
ŞİKAYƏTLƏR
  • A

Ucarda abonentlər elektrik dirəklərinin və naqillərin bərbad vəziyyətdə olmasından şikayət edirlər. 

Oxu24.com-un  xəbərinə görə, rayonun Qarabörk kənd sakinləri elektrik naqilləri və dirəklərinin istismar müddətini başa vurduğundan yararsız hala düşdüyünü deyirlər. Hətta yazılı sürətdə yerli idarəyə məlumat verdiklərini də bildirirlər.
Elektrik dirəkləri çürüyüb yıxıldığından həyətdəki qovaq ağacından kəsib dirək düzəltdiklərini və öz vəsaitləri hesabına nazik naqillə əvəzlədiklərini deyirlər. Amma bu da davam gətirmir, azca külək olan kimi xətt qırılır, qaranlıqda qalırlar.
Rayonun hər hansı bir ərazisində yanğın hadisəsi və yaxud işıqla bağlı bir problem yarananda qaranlıqda qalmaqları sakinləri narahat edir. 
Şikayətçi  Əlyar Ələkbərov deyir ki, işıq dirəkləri çürüyüb, külək əsən kimi işıqlar sönür, zülmətdə qalırlar: 
Digər şikayətçi, kənd sakini Flora Rüstəmovada işıqla bağlı ciddi problem yaşadığını deyir: 
Digər şikayətçi Dusiyə Hacıyeva da tez-tez işıqlarının söndüyünü deyir:
Məsələyə şifahi olaraq münasibət bildirən Azərişıq ASC-nin Ucar Paylayıcı Şəbəkəsinin mühəndisi Mübariz Zərbəliyevin sözlərinə görə, adı çəkilən əraziyə baxış keçirilib və vəziyyətlə bağlı baş idarəyə məlumat verilib.   
Azərişıq ASC-nin mətbuat xidmətinin əməkdaşı Pərvanə xanım adı çəkilən yaşayış məntəqəsindəki problemdən xəbərdar olduqlarını bildirib: “Vətəndaşlarında rəsmi müraciətləri var. Bu 1-2 günə həll olunası məsələ deyil. Həmin yaşayış məntəqəsi proqrama salınacaq. Bundan sonra orada yenidənqurma işləri aparılacaq” deyə əlavə edib. Pərvanə xanım, qəza baş verən vaxt enerji təchizatının fərdi qaydada deyil, ümumi şəkildə dayandırılmasına aydınlıq gətirərkən qeyd edib ki, abonentlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə enerji, fərdi qaydada deyil ümumi olaraq  şəbəkədən ayrılır.  

Oxu24.com xəbər verir ki, kənd sakinləri imzalı şəkildə Azərişıq ASC-nin fəaliyyətsizliyindən  Prezident  İlham Əliyevə şikayət edib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb