Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

04 May 2024
Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski
03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
BÜTÜN XƏBƏRLƏR
64910
az

Cavanşir Feyziyevin təhqir etdiyi media kapitanları bir araya gəlib, deputatın istefasını istədilər

16:5807 Fevral, 2022
6827
ŞİKAYƏTLƏR
  • A

Rauf Arifoğlu: “Azərbaycan mediasının tarixində ilk dəfədir ki, hansısa deputat jurnalistlərə qarşı bu cür harınlıqla və saymazyana davranış nümayiş etdirib”

Ləman Əliəşrəfqızı: “Bu kimi adamlar necə deputat seçiliblər, eləcə də üzüqara yola salınmalıdırlar”

Əvəz Zeynalov: “Azərbaycan parlamentində belə bir deputat ola bilməz”

Zaur Qəriboğlu: “Necə ki, MŞ-dan istefa verib, eləcə də öz xoşu ilə parlamentdən istefa verməlidir”

Elçin Zahiroğlu: “Feyziyev hər hansı bir formada cəzalandırılmalıdır”

Məhəmməd Ərsoy: “Bəlkə elə Feyziyevin özü agent, casusdur ki, xarici ölkənin təsiri ilə bu cür təxribatçı addım atıb”
Fevralın 7-də deputat Cavanşir Feyziyevin təhqir etdiyi media kapitanları “Yeni Müsavat”ın redaksiyasına toplaşıblar. Tədbirdə deputatın Azərbaycan mediasının ən tanınmış, nüfuzlu, aralarında 4 Əməkdar jurnalist olmaqla 18 jurnalisti təhqir etməsi müzakirə olunub, parlament və ölkə rəhbərliyinə müvafiq müraciətlər imzalanıb.

6e9c2ec1-2d72-4029-878a-5c33a9511445.jpg (156 KB)


“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qeyd edib ki, Azərbaycan mediasının tarixində ilk dəfədir ki, hansısa deputat jurnalistlərə qarşı bu cür harınlıqla və saymazyana davranış nümayiş etdirib:

“Biz burada Cavanşir Feyziyevin Azərbaycan jurnalistikasını təhqir etməsi faktına görə yığışmışıq. İki gündür ölkə mediası sosial şəbəkə və internet televiziyaları hətta ənənəvi yayım edən televiziyalar bu mövzuya kilidləniblər. Azərbaycan mediası tarixində hər hansı deputatın bu dərəcədə harınlıqla və saymazyana Azərbaycan mediası ilə davranışı olmamışdı. Bu, ilk hadisədir və biz də reaksiya verərək, özümüzü, adımızı Azərbaycan mediasının, cəmiyyətinin qarşısında müdafiə edirik.

Bizə dələduz, casus, cibgir, sabotajçı, dövlət düşməni deyir. Bütün bunların hamısı cinayət əməli deməkdir. Sübuta yetirmədən bizə bu epitetləri yapışdırıb. Bizim bura yığışmağımızın səbəbi bu şəxsə, deputat Feyziyevə etiraz etmək və bu etirazımızı bütün dövlətə, dünyaya bəlli etməkdir. Burada biz toplaşaraq tələb edirik ki, Feyziyev üzr istəsin, Mətbuat Şurasının İdarə Heyətindən istefa versin. Əks halda hətta mən bəyanat vermişdim ki, mən oradan istefa verəcəm, o adamla bir yerdə ola bilmərəm.
Biz birlikdə Parlament rəhbərliyinə sənəd imzalayıb, ünvanlayacağıq. Azərbaycan Konstitutsiyasının 89-cu maddəsi ilə deputatın mandatının ləğv edilməsi ilə bağlı işlər başladılmalıdır.

Artıq məlumat gəldi ki, Feyziyev MŞ İdarə Heyətindən istefa verib. O, mətndə bildirib ki, peşmandır. Hərçənd ki, onun ikinci statusunda peşmançılıq əlaməti yox idi. Biz indi məsələnin yerdə qalan tərəflərini həll etmək üçün iclasımıza davam edəcəyik. Bizim Feyzoiyevin timsalında Azərbaycan mediasını təhqir edən şəxslərə, məmurlara, deputatlara dözümümüz yoxdur. Onun deputatlıq mandatının ləğv olunmasına qədər təkidimizə işlərə davam edəcəyik.

Dövlətin də bu haqda mövqeyi məlumdur, dövlətimiz Azərbaycan jurnalistinin yanındadır, bizi dəstəkləyir. Bizə Prezidentini köməkçisinin timsalında “Sahibsiz deyilsiniz”, deyə mesaj verilib. Biz də bu mesajı ciddi qəbul edirik və artıq bunun əlamətlərini görməkdəyik. Media İnkişafı Agentliyinin, ardınca Feyziyevin MŞ İdarə Heyətindən istefası və bunun ardının gəlməsini təmənnə edirik”.

7146d511-3806-4ef0-bdbc-363b47727913.jpg (188 KB)

LAF TV-nin rəhbəri Ləman Əliəşrəfqızı isə Feyziyevin təkcə MŞ-dan deyil, həm də parlamentdən istefa verməsini istəyib:

“Feyziyevin həmin siyahsında 18 jurnalist var, hansı ki, həmin jurnalistlər Azərbaycan mətbuatında külüng çalan jurnalistlərdir.

İçərisində 4 Əməkdar jurnalist də var. Feyziyev deyilən fikirləri əsaslandırılmalıdır. Məni xarici kəşfiyyata işləməkdə ittiham edib. Doğrudur, mənim xarici ölkələrə səfərlərim olub, Azərbaycan jurnalistikası, tarixi üçün çoxlu sayda tarixi filmlər çəkmək, ölkənin generallarının, cümhuriyyət qurucularının izi ilə Çindən tutmuş Fransada və bir çox xarici ölkələrdə olmuşam. Amma mənim elə bir lüksüm olmayıb ki, xarici ölkələrdə aylarla, illərlə qalım, şəxsi biznesim olsun və sairə. Yəni, qələmimdən başqa heç nəyim yoxdur və Feyziyev də bunu yaxşı bilir. Sadəcə maraqlıdır ki, Cavanşir Feyziyev adamları necə təfsilatlandırıb, sxemi necə cızıb? Ona görə də düşünürəm ki, həmin yazı Feyziyevin beyninin məhsulu deyil, əminəm ki, burada tamamilə başqa qüvvələr də var. Bu sualların cavabı açılmalıdır. Cavanşir Feyziyev sözünü deməlidir və təkcə bununla kifayətlənməyib, həm də mandatını verməlidir. Düşünürəm ki, bu kimi adamlar necə deputat seçiliblər, eləcə də üzü qara yola salınmalıdırlar”.

41bd0c13-0d91-470f-8a8d-b869f7d24fc6.jpg (207 KB)

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalov isə qeyd edib:

“Təxminən 24 saatdan çoxdur ki, bu məsələ ilə məşğuluq. Azərbaycan mediasının nümayəndələri Azərbaycan mediası adına çox böyük irəliləyişdir. Son illərdə Azərbaycan mediası heç bu qədər birləşməmiş və dövlətdən dəstək almamışdı. İctimai rəy tamamilə jurnalistlərin yanındadır və Feyziyev cəmi 24 saat dayana bildi. Feyziyev artıq MŞ-dan imtina verdi, bu bizim böyük qələbəmizdir. Eyni punkt və qaydalarla da üzr istəməlidir. Azərbaycan parlamentində belə bir deputat ola bilməz.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti fikrimcə bu məsələdən dərs çıxarmalıdır, bu zehniyyətə yox deyilməlidir. Təkcə Feyziyev deyil, onun kimi düşünən dövlət adamlarının hamısı parlamentdən və dövlət idarəetməsindən uzaqlaşdırılmalıdır. Yəqin ki, yaxın zamanlarda Feyziyev parlamentdən də gedəcək”.

2d07125e-3453-4581-abed-7533e6bf1464.jpg (214 KB)

Reaksiya Media Group MMC"nin baş direktoru Zaur Qəriboğlu da qeyd edib ki, Feyziyevin bu gün MŞ –dan istefa verməsi kimi, öz xoşu ilə parlamentdən də istefa verməsini gözləyir:

“Çünki bir üzr istəməklə bitmir. Bu, bir ənənə halını ala bilər və demək ki, nə vaxtsa yenə də hansısa deputat bir qrup jurnalisti təhqir edər sonra da çıxıb bir üzr istəməklə işi bitmiş hesab edər. Bu baxımdan düşünürəm ki, o, parlamentdən də istefa verməlidir ki, belə bir pis ənənə formalaşmasın”.

 

“Bakı Post” saytının rəhbəri Elçin Zahiroğlu:

“Əslində Feyziyev nəyin müharibəsini aparırdı? Azərbaycan mətbuatı xarici ölkə mətbuatında faktlarla sübut olunan məlumatları dərc etmişdi. Bir deputat bu məsələ ilə bağlı mətbuat konfransı keçirməli, məsələyə aydınlıq gətirməli idi. Amma o, yalnız jurnalistləri təhqir etməklə məşğul oldu. Beləliklə də o, həm Azərbaycan mediasına olan münasibətini həm də bir deputat kimi öz məsuliyyətini dərk etmədiyini göstərdi. Buna görə də düşünürəm ki, hər hansı bir şəkildə cəzalandırılmalıdır”.

190b5ad5-c973-46b4-8dc2-fba559f57a30.jpg (167 KB)

Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy da Feyziyevin cəzalandırılmasının tərəfdarı olduğunu dedi:

“Bu işdə dövlətin də marağı olmalıdır. Düşünürəm ki, deputatın bu əməlində təxribat elementləri də var. Çünki kütləvi şəkildə ölkənin ən tanınmış, nüfuzlu media simaları hədəfə gətirilib və məlum məsələdir ki, onların əlində media var və cavab reaksiyası verəcəklər. Yəni, Feyziyev sanki ölkədə yeni gündəm formalaşdırılmağa çalışıb. Beləliklə, hüquq mühafizə orqanları bu məsələni araşdırılmalıdır ki, məqsəd nə olub və məsələyə layiqli qiymət verilməlidir. Bəlkə elə onun özü agent, casusdur ki, xarici ölkənin təsiri ilə bu cür təxribatçı addım atıb.
Digər həmkarlarımın fikrinə şərik olaraq mən də bildirirəm ki, Feyziyev necə ki, MŞ-dan istefa verib getdi, eləcə də parlamentdən getməlidir. Bu zaman onun üzr istəməsinə də ehtiyac yaranmaya bilər”.

Qeyd edək ki, sonda tədbir iştirakçıları deputat Cavanşir Feyziyevin bədnam yazısı ilə bağlı parlament rəhbərliyinə deputatın məsuliyyətinin müəyyən edilməsinə dair hazırlanmış müraciəti imzalayıblar. Parlament rəhbərliyinə göndərilmiş daha bir müraciət isə, həmkarlarına ünvanlanmış ağır ittihamlara tribuna verən Parlament Jurnalistləri  Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı barədə olub. Təhqir olunan jurnalistlər E.Eyvazlını C.Feyziyevlə işbirliyində olmaqda və peşə etikasını pozmaqda təqsirli bilirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil