“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
04 Aprel 2025, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
4208
01.02.2022, 17:32
Bakıda həkim işləyən Sənan Mehdiyev vaxtilə çalışdığı klinikadan ona məxsus 12 min dollar dəyərində avadanlığın oğurlandığını, 3 il keçməsinə baxmayaraq hələ də hadisəni törədənlərin tapılmadığını deyir.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”ya müraciət edən S.Mehdiyev bildirib ki, hadisə 2019-cu ilin avqustunda Yasamal rayonunda baş verib. Yaşayış binasının aşağı mərtəbəsində yerləşən klinikada həkimin öz vəsaiti hesabına aldığı kombi və generator oğurlanıb.
O, polisə dəfələrlə müraciət etdiyini, lakin araşdırmanın gedişatından narazı olduğunu bildirib:
“Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Həsənbəy Şərifov tərəfindən cinayət işi başlandı. Binanın komendantı Eldəniz adlı şəxs avadanlıqları başqa şəxslərlə birlikdə kran vasitəsilə yük avtomobilinə yükləyib xatırlamadığı şəxslərə satıb. Hətta həmin avadanlıqları aparmağa gələndə həyət qapısında gözətçi işləyən şəxs kranı və yük avtomobilini içəri buraxmaq istəməsə də, Eldəniz ona guya bu məsələdən mənim xəbərimin olduğunu deyib və onları həyətə buraxdırıb”.
S.Mehdiyevin iddiasına görə, qeyd olunan hadisədən 3 ilə yaxın vaxt keçsə də, məsuliyyətə cəlb olunan şəxs yoxdur:
Həmçinin oxuyun
“Mallarımı oğurlayan şəxslər ortada olsa da, onların cinayət məsuliyyətinə cəlb edilməsi və mənə dəyən zərərin ödənilməsi üçün heç bir tədbir görülmür. Şikayət etməyimə baxmayaraq, işimə ədalətlə baxılmır və cinayətin açılması üçün tədbirlər görülmür. Dəfələrlə araşdırma aparan müstəntiq dəyişilib. Hər yeni gələn müstəntiq cinayət işindən məlumatı olmadığını əsas gətirərək süründürməçiliyə səbəb olur. Hətta uzun müddət cinayət işinin itirildiyini, guya tapa bilmədiklərini belə deyiblər”.
Qeyd edək ki, tanınmış cərrah mətbuat vasitəsi ilə ölkə rəhbərinə və Daxili işlər nazirinə müraciət edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanladıq. Nazirlikdən “Qafqazinfo”ya cavab olaraq bildirilib ki, həmin işlə bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir: “Zərərçəkənin şikayəti üzrə cinayət işi başlanılıb. Müvafiq istintaq tədbirləri həyata keçirilib. Zərərçəkənin və şübhəli şəxslərin, şahid qismində tanınan şəxslərin izahatları alınıb. Lakin şübhəli şəxslərin cinayət əməlini törətdiyi sübuta yetirilməyib. Hazırda qeyri-aşkar şəraitdə baş verən cinayətin açılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir”.
18:39 / 07 Aprel 2025
Atasını itirdi,anası iflic olduğu üçün internata verildi — Şəhidin acı taleyi
6
18:21 / 07 Aprel 2025
Meloni Trampla görüşə gedir
26
18:20 / 07 Aprel 2025
Ədalət Verdiyevə bəraət VERİLDİ
80
18:13 / 07 Aprel 2025
İran radar sistemlərini yerləşdirir
22
18:10 / 07 Aprel 2025
Aİ Ukraynada atəşkəslə bağlı mövqeyini açıqlayıb
22
18:06 / 07 Aprel 2025
Baş nazir qərar imzaladı
411
17:43 / 07 Aprel 2025
Xanlar Vəliyev işdən çıxarılır – Bu vəzifəyə təyin ediləcək
871
17:31 / 07 Aprel 2025
HƏMAS-ın Qəzza zolağının idarə olunmasında heç bir payı olmamalıdır - Makron
34
17:09 / 07 Aprel 2025
Əhaliyə xəbərdarlıq edildi
226
17:07 / 07 Aprel 2025
Estoniya Leninqrad vilayəti ilə sərhəddəki keçid məntəqəsini bağlayır
47
17:02 / 07 Aprel 2025
ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini müzakirə etməyib
45
17:01 / 07 Aprel 2025
Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
46
16:45 / 07 Aprel 2025
Müğənni efirdə qurbağa əti yedi — VİDEO
223
16:33 / 07 Aprel 2025
Fil camışı başına qaldırdı — FOTO
92
16:19 / 07 Aprel 2025
Avropa İttifaqı hesab edir ki, Rusiya ABŞ-ın sülh təşəbbüslərinə hörmət etmir
53
16:11 / 07 Aprel 2025
Avropada qazın qiyməti aşağı düşüb
46
16:01 / 07 Aprel 2025
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
67
15:35 / 07 Aprel 2025
Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
155
15:28 / 07 Aprel 2025
Coxuşaqlı analar daha tez pensiyaya çıxmaq hüququ qazana bilərlər.
76
15:28 / 07 Aprel 2025
Qaz olmayacaq
84
15:12 / 07 Aprel 2025
Parkda meyiti tapılan şəxs kimdir?
1106
15:02 / 07 Aprel 2025
Çin ABŞ-ın zəif nöqtəsini vurdu
86
14:59 / 07 Aprel 2025
Sabah 31° isti olacaq
86
14:58 / 07 Aprel 2025
Avropa Rusiya ilə sərhədində “Dron divarının” olmasını istəmir
94
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.