Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56266
az

"Azərsu" 3 uşaq atasını işdən qovdu - Ailəsi köməksiz qalıb - ŞİKAYƏT

10:1808 İyul, 2021
12036
ŞİKAYƏTLƏR
  • A

İşdən çıxarılan Azərsu ASC əməkdaşı hüquqlarının pozulması iddiası ilə mətbuata  müraciət edib.

Oxu24.com xəbər  verir  ki,Azərsu ASC-nin  Nəzarət Ölçü Cihazları  İdarəsi Avtomatika və metrologiya şöbəsi Səbail SKİ üzrə Suölçən cihzların quraşdırılması,təmiri və istismara nəzarət qrupunun çilingəri Əliyev Sahib İdris oğlu iddia edib ki, onun işdə hüquqları  pozulub  və  qanunsuz olaraq işdən çıxarılıb. 

Saytımıza müraciət edən  keçmiş Azərsu əməkdaşı daxildə baş verən  bir  sıra  nöqsanların  detallarını  açıqlayıb.

“ Mən Azərsu ASC-nin Səbail Rayon İdarəsinin çilingəri  vəzifəsində 2011-ci ildən təmirçi-çilingər vəzifəsində işləyirdim. İşlədiyim illərdə  hər  zaman  nizam-intizamlı  işçi  olmuşam. Amma son illərdə Azərsu daxilində  müəyyən hadisələr  baş  verdi. Abanentlərə  sayğac qoyulan zaman idarə tərəfindən lazım olan materiallar  verilmirdi. Bizə deyirdilər ki, lazım olan  materialları  abanentlərin  hesabına alın. Belə olan halda  işdə müəyyən çatışmazlıqlar yaranırdı.

İdarə materialı vermədiyi halda  abanentin hesabına  material  almalı olurduq. Həmin materialları isə  rəhbər işçilər idarənin  guya bazasında olan  material  kimi  sənədlərə işlənirdi. Bu cür qaranlıq əməllərin zərbəsini isə  sıravi işçilər çəkir. Rəhbərlik tərəfindən  mənə  iki dəfə  töhmət  yazıldı. Səbəbsə,material  çatışmazlığı  idi. Mənə  o vaxt  töhmət  yazılanda  səbəbi  deyilməmişdi. Son günlər araşdırma apardım  və  məlum oldu  ki, mənə  yazılan  töhmətin səbəbi  material  çatışmazlığı  imiş. İdarədən  material  verilməli  olduğu  halda  verilməyibsə, günah sıravi  işçidədirmi?  Bu  suala  Azərsu  rəhbərliyindən  cavab   gözləyirəm.Bu gün mənim işdən çıxarılmağımın kökündə mənə qanunsuz olaraq verilən töhmətlər dayanır.

İşdən çıxarılan Azərsu ASC əməkdaşı  bildirib  ki,  sonuncu  dəfə  baş  vermiş  hadisə  zamanı  onu  aktla işdən  çıxarıblar.

“Bu ilin  yanvarında  abanentin  sayğacında  problem yarandı. Mənə zəng edib,ona  kömək  etməyimi  xahiş  etdi. Abanentin obyektinə  yaxınlaşdım,sayğacı müvvəqqəti birləşmə  etdim ki, obyekt  susuz  qalmasın  və  narazılıq  yaranmasın. Bizə   rəhbərlik   şifahi  tapşırıq  vermişdir ki, harada sayğacda  problem yaranarsa,yerindəcə həll edin  ki, abanent narazı  qalmasın. Daha  sonra  biz  sərfiyyatı  normativə  uyğun  qaydada  verirdik. Belə olan  halda  su  itkisi  də  olmurdu. Mən  də  eyni  qayda  ilə  abanentin  sayğacını xəttin üzərindən  çıxardım  və suyun  verilməsini  təmin etdim.

Bu  hadisəyə  görə  məni  Əmək Məcəlləsinin  70-ci maddəsinin “C” bəndi ilə məni  işdən  çıxardılar. Bu gün  əmək  kitabçam korlandığı  üçün  məni  heç  yerdə  işə  götürmürlər.  Özüm  3  uşaq  atasıyam  və  ailədə  məndə  başqa  yaşlı  valideynlərim  və  kiçik  qardaşım  var. Məni  bu maddə ilə  işdən  çıxarıblar  və  əmək  kitabçam korlandığı  üçün  işə də  düzələ  bilmirəm. Mən Azərsu  rəhbərliyindən  məsələ  yenidən araşdırılsın  və  mənim  orada  heç  bir  maddi  marağım  olmamasının  sübut  olunduğunu  nəzərə  alaraq  məni  işə  bərpa  etsinlər.

Sahib Əliyev onu da  qeyd  edib  ki,  hüquqlarının  bərpası  üçün  məhkəməyə  müraciət  edəcək.

Oxu24.com məsələ ilə  bağlı  Azərsu ASC-nin Mətbuat  Xidmətinin  rəhbəri  Anar  Cəbrayıllı  ilə  əlaqə  saxlayıb. Mətbuat  katibi  bildirib  ki,  həmin  şəxs  işində  olan  ciddi  nöqsanlara  görə  işdən  azad  olunub.

"Əgər,işçi  yenidən  işə  bərpa  olunmağını  tələb  edirsə,o  zaman  məhkəməyə  müraciət  edə  bilər",  deyə  mətbuat  katibi  qeyd  edib.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub