Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37993
az

Azərbaycanda şok olay: Əkiz  uşaq dünyaya  gətirən qadının övladları müəmmalı şəkildə yoxa çıxıb? - VİDEO

10:5525 Avqust, 2020
1225
ŞİKAYƏTLƏR
  • A

Qazax rayon sakini Əhmədova Ayna Afdandil qızı sensassion iddia ilə mətbuata  müraciət  edib.

Oxu24.com xəbər  verir  ki, Space TV-də yayımlanan Amil  Xəlilin  müəllifi  olduğu "Gəl dərdini danış" verilişində  qadın iddia ilə  çıxış   edib. Əkiz uşağa  hamilə  olan  qadın hamiləliyi  ağır keçirdiyi  üçün  Səhiyyə Nazirliyinin xətti ilə  Qazax  rayon  xəstəxanasından  Bakı şəhəri,5 saylı  doğum  evinə  köçürülüb.  Hər şey  də  bundan  sonra  baş  verib.

Ayna  Əhmədovanın  sözlərinə  görə, 2013-cü ildə 5 saylı  doğum  evində  bir oğlan və  bir  qız  olmaqla  keysəriyyə üsulu ilə  uşaq  dünyaya  gətirib. 

“Doğuşdan  iki ay  əvvəl  məni  xəstəxanaya gətirdilər. Keysəriyyə əməliyyatı  zamanı  özüm prosesi  izləyirdim. Birinci  qız  uşağı  doğuldu,daha  sonra  oğlan.Uşaqlar  doğulanda  ağlayırdı.  Daha  sonra  uşaqlar  otaqdan  çıxarıldı. Axşam   yuxudan   oyananda  tibb bacılarından  uşaqların  necə  olduğunu  soruşduqda  tibb  işçisi dedi ki,  uşaqlar  ölüb. Mən dərhal  valideynlərimə   xəbər  verdim. Onlar bir az gec gəlib çıxdı.Uşaqları bizim tərəfdən nə  ölüsünü, nə  də dirisini görən olmadı”.

Ayna Əhmədovanın iddiasına  görə həmin vaxt uşaqların ölməsinə inanıb.

2019-cu ilin oktyabrında  tibbi arayış  almaq  üçün  təkrar  5  saylı  doğum  evinə  gəlib.  Bu  zaman tibbi arayışın  ona  verilməsində  problem  yaşanıb.

Həkimlər  qadını  gördükdə  narahatlıq  keçirməyə  başlayıb. Uzun-uzadı  get-gəldən sonra  ona  tibbi arayış  verilib.Amma necə?

Xəstəxananın  baş  həkimi  Xədicə  Əhmədova, anestezoloq Qəhrəman həkim, qeysəriyyə həkimi  Rita  xanım  vətəndaşı  qəbul  edib.

Ayna  Əhmədovanın  sözlərinə  görə, bu  zaman  həkimlər  bir-birlərinin  üzünə  baxıb  və  çaşqınlıq  keçirib.  Bu  hal   onu  şübhələndirib.İllər  öncə  öldüyü  deyilən  uşaqlarının  taleyi  ilə  bağlı  onda  şübhələr  yaranıb.

“Həkimlərin bu  halı  məni  şübhələndirdi. Mənə  tibbi arayış  hazırladılar. Amma orada  məlumatlar  saxtalaşdırılmışdı. Guya  məndə ensefalopatiya qıcolma  müşahidə  olunub. Bu  səbəbdən də uşaqlar  ölüb. Amma bu tammailə  yalan  iftiradır.  Məndə  ömrü  boyu  belə  bir   hal  müşahidə  olunmayıb. 

Daha  sonra  daha  bir  məlumat  saxtalaşdırılıb. Mən hamiləliyin 28-ci həftəsində  əməliyyata girmişəm.Amma sənəddə  21-ci həftə  qeyd  olunub.  Uşağın çəkişi  930 qram olsa da, sənəddə 300 və 360 qram  yazılıb.  Onlar  bunu  belə  yazmaqla  guya  uşaqların  döl olmasını  bildirmək  istəyib. Amma  hər kəsə  məlumdur  ki, hamiləliyin  28-ci  həftəsində  300 qram  uşaq  ola  bilməz. 

Gördüm ki,  burada  nəysə  şübhəli  məqam  var. Xəstəxanın baş  həkimi  məni  otağa  dəvət  etdi.Soruşdum ki, uşaqların  meyiti  necə  oldu. Baş  həkim  dedi  ki, uşaqların  harada  basdırıldığını  bilmir. Başını  tutub  dedi  ki,  mən  səhv   etmişəm. Gərək  uşaqları   basdırarkən  aktlaşdırardım.  Amma   onu  da   etməmişik. Mən onların üzərinə  getdikcə  özlərini itirdilər.”

Ayna  Əhmədovanın sözlərinə  görə  anestezoloqun  dediyinə   görə  onun uşaqları  zibil  qutusuna  atılıb.

“Mən  anestezoloq  Qəhrəman  həkimin  otağına  qalxdım. O, mənə dedi  ki,  bura  nəyə  gəlmisən? Uşaqlar  şiprislər  atılan qutuya,yəni zibilliyə  atılıb. Daha  sonra  o, mənə  5  min  manat  pul  təklif  etdi  ki,  bu məsələni  uzatmayım  və  Qazaxa  qayıdım. Mən  arayışı  götürüb  oradan  çıxdım. Daha  sonra  rəsmi  ərizə  ilə  Baş Prokurorluğa  müraciət  etdim”.

Ayna Əhmədovanın sözlərinə  görə  iş  əvvəlcə  baxılması  üçün  Səbail  Rayon  Prokurorluğunun  böyük  müstəntiqi  Tural  Yaqubova  verilib.

“Müstəntiq  məni  otağına  dəvət  etdi. Maraqlandıqdan  sonra  mənə  dedi  ki,  baş  həkimin  izahatı  alınıb.  İş  hazırda  prokurorluqdadır. Amma  işə  başqa  bir  müstəntiq  baxır. Mən inanıram  ki, tezliklə  ədalətli  qərar  veriləcək"

Oxu24.com  iddialarla  bağlı  5  saylı  doğum  evi  ilə  əlaqə  saxlayıb. Doğum  evindən  şifahi  verilən  məlumata  görə, bu məsələ həqiqəti  əks etdirmir.

 

 Verilən arayış 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR