Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24768
az

Qarabağ qazisinin ailəsi çörəksiz qalıb: Evdə işləyən yeganə şəxs işdən çıxarıldı - ŞİKAYƏT

10:4719 Fevral, 2020
3940
ŞİKAYƏTLƏR
  • A
İşdən çıxarılan 3 uşaq anasına Nazirlikdən Cavab:  Vakant vəzifə  yarandıqda işlə təmin olunacaq
 
Bakı şəhər  sakini, Əhmədova  Lalə Mustafa qızı Oxu24.com- a  hüquqlarının  pozulması  iddiası  ilə  müraciət  edib.
 
Saytımıza müraciət  edən  vətəndaş  bildirib   ki, ona xəbərdarlıq olunmadan  34 il işlədiyi məsləhətçi  vəzifəsindən   işdən   çıxarılıb.
 
“ 1990-cı  ildə  Azərbaycan SSRİ-nin Xalq  Təhsili  Nazirliyinin  Bakı Plan İqtisad Texnikomunun Texnik-Riyaziyyatçı-proqramlaşdırıcı ixtisasını  bitirmişəm.  20 fevral  1985-ci  il  tarixdən  bu  sistemdə  mühasib  vəzifəsində  işləmişəm. 
Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət  Sosial Müdafiə Fondunun Bakı şəhəri,Yasamal rayon şöbəsində 34 il məsləhətçi  vəzifəsində işləmişəm. Həmin illərdə  işimlə  bağlı  hər  hansı  bir  nöqsana yol  verməmişəm.  Hər  zaman  qabaqcıl  işçilərdən  hesab   olunmuşam. 
2019-cu ilin oktyabrın 29-da işə  gəldim. Gördüm ki, mənim oturduğum iş masasında  başqa  bir  xanım  əyləşib. Əvvəlcə  nə  baş  verdiyini  başa  düşmədim. Sonra  bizə  dedilər  ki, bizi  artıq  işdən  çıxrıblar. Bizə  bildirdilər  ki, Yasamal Rayon şöbəsi  ləğv  olunduğu  üçün  25 nəfər işçi  ixtisara  düşüb. Biz  bu qərara  etiraz etdik. Buna  baxmayaraq  noyabrın 1-dən  əmrlə  bizi  işdən  çıxardılar.”
 
Lalə Əhmədova  bildirib  ki, onun həyat  yoldaşı Əhmədov  Rauf  Həmzə oğlu II Qrup Qarabağ əlilidir. Həmçinin himayəsində  3 uşaq var. Onlardan biri  məktəbli, digərləri  tələbədir. 
 
“Qanunvericiliyə  görə, mənim  ailə  vəziyyətim nəzərə  alınmalı  idi. Yoldaşım  Qarabağ əlilidir. O,hazırda  işləyə  bilmir. Bundan əlavə himayəmdə 3 uşaq var. Onlardan biri orta məktəbdə oxuyur. Digərləri isə tələbədir. Ailəmizdə   yeganə  qazanc  yeri   mən  idim. İşdən çıxarıldıqdan  sonra  ciddi  problemlər  yaşayıram.”
 
Lalə  Əhmədova  bildirib  ki, ona ödənilməsi  olan   kompensasiya  bu günə  kimi  tam  olaraq  verilmir.
 
“Bizi işdən  çıxaranda  dedilər  ki, iki ay müddətində  əmək haqqının 2 misli  miqdarında  pul  ödəniləcək. Cəmi bir dəfə noyabr ayının  pulu  ödənilib. Digər  ödənişi ödəməkdən  imtina  etdilər. Bildirdilər  ki, Qanunda dəyişiklik  olduğu  üçün  pulu  ödəməyəcəklər. Həmin məbləğ  bir  çox işçilərə  bu  günə  kimi  ödənilməyib.”
 
Lalə Əhmədovanın  sözlərinə  görə, onlarla  ixtisara  düşən  bir  sıra  işçilər   digər işlərlə  təmin  olunsa da, onun  müraciətinə  və işlə  təmin  olunmasına baxılmayıb.
 
Lalə Əhmədova  bildirib ki, hazırda sosial vəziyyətləri  olduqca  pisdir. Ağır depresiyyadan  sonra o yatağa düşüb.
 
Oxu24.com    məsələnin  hüquqi  tərəfini  araşdırmaq  məqsədi  ilə  vəkil  Mehman  Muradlı  ilə  əlaqə  saxlayıb. Vəkilin sözlərinə  görə, Əmək Məcəlləsinin 79-cu  maddəsində    Əmək  müqaviləsinin  ləğv  olunması  qadağan edilən işçilər və hallar barədə  ətraflı  məlumat  verilir. 
Vətəndaşın bir ay  müddətinə  məhkəməyə  müraciət  etmək  hüququ  var. 
 
Həmin maddədə aşağıdakı  hallarda işçilərin əmək  müqaviləsinə  xitam  verilə  bilməz
 
1. İşəgötürən  tərəfindən:  hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını  təkbaşına  böyüdən  kişilərin; 
2. yeganə  qazanc yeri  işlədiyi  müəssisə  olub məktəb  yaşınadək uşağını təkbaşına böyüdən  işçilərin; 
3. əmək  qabiliyyətini müvəqqəti  itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; 
4. həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; 
5. məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 
6. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
 
Konkret  olaraq  xanımın  müraciətində  qeyd  edilən  ixtisarnan  işdən  çıxarılmaq məsələsinə  gəlincə  məcəllənin  78-ci  maddəsində  qeyd  edilir ki, İşçilərin  ixtisarı zamanı  işdə  saxlanmağa üstünlüyü olan şəxslər aşağıdakılardır:
 
 1. Müvafiq  hallarda  işçilərin  sayı  azaldılarkən  və  ya  ştatların  ixtisarı  həyata keçirilərkən müəyyən  vəzifələr üzrə  əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin  peşəkarlıq  səviyyəsini işəgötürən müəyyən edir.
 
 2. İşəgötürən  ixtisasları  (peşələri) və ya  peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
 
 şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); 
 
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
 
 həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; 
 
xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 
 
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
 
 
Oxu24.com   vətəndaşın  müraciəti   ilə  bağlı  Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən  verilən  rəsmi  məlumata  görə,  müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda ehtiyat kadr kimi ilə Lalə Mustafa qızı Əhmədovanın uyğun vəzifəyə təyinatı təmin ediləcəkdir.
 
“Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunun   optimallaşdırılması  və  yerli  qurumların səmərəliliyinin artırılması məqsədi ilə DSMF-nin Səbail və Yasamal rayon şöbələrinin bazasında Fondun 1 saylı Bakı Ərazi  şöbəsi  yaradılıb.  
Əhmədova  Lalə Mustafa  qızının çalışdığı  şöbə ləğv edildiyindən, “Dövlət qulluğu haqqında” Azərbaycan  Respublikası Qanununun 33.1.2-ci maddəsinə  və  Azərbaycan Respublikası Prezidentinin   2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar  ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsi ilə və 19040018702 nömrəli əmrin 1.10-cu yarımbəndi ilə Lalə Mustafa qızı Əhmədovanın dövlət qulluğuna və müvafiq olaraq bağlanmış  Əmək müqaviləsinə  2019-cu il 01 noyabr tarixdən xitam  verilib.
Əmək  müqaviləsinə  xitam verilmiş  işçinin son haqq-hesabının  aparılması və Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin  77-ci maddəsinin  3-cu hissəsinə əsasən işəgötürənlə bağlanmış  əmək  müqaviləsinə  uyğun  olaraq  müəyyən  olunan əmək stajından asılı olaraq L.Əhmədovaya    işdənçıxarma müavinəti  ödənilmişdir.
 Həmin əmrin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçusu Azərbaycan  Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsində 2 il müddətində ehtiyat kadr kimi saxlanılır.
 
Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda ehtiyat kadr kimi ilə Lalə Mustafa qızı Əhmədovanın uyğun vəzifəyə təyinatı təmin ediləcəkdir.
“Dövlət qulluğu haqqında” mövcud qanunvericiliyə əsasən dövlət qulluqçusuna vəzifə maaşına və ixtisasına uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük verilir.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ