“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
04 Aprel 2025, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
1630
26.12.2019, 21:45
Bir qrup iş adamı üzləşdikləri problrmlərdən dolayı Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya müraciət edib. Onlar Sumqayıtın icra başçısı Zakir Fərəcovdan şikayətçidirlər. Və bildirirlər ki, Sumqayıtın giriş hissəsinin və Dənizkənarı Bulvarının yenidənqurulmasını həyata keçiriblər.
Oxu24.com -un məlumatına görə, jamaz.info-ya göndərdikləri müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov yuxarıda qeyd olunan işlərin görülməsi üçün onlarla 12 milyon manat pul ayrılıb. 2016-cı ilin sentyabrında görülən işlər tam təhvil verilib. Həmin müddətə qədər onlara cəmi 4 milyon manat pul ödənilib. Lakin yerdə qalan pulu 3 ildir ala bilmirlər.
Onlar qeyd edirlər ki, həmin pulun böyük hissəsi 600-ə yaxın fəhlənin və mal-material alınan dükanların haqqıdır. "3 il ərzində həmin pulun 1 manatını belə ödəməyib. Əksinə, hamımızı təhdid edir, həbs etdirəcəyi ilə qorxudur. İndiyə qədər Sumqayıtda iş görmüş iş adamlarından biri məhz sözügedən borc məsələsinə görə, həbs olunub və bu ilin aprelində Sizin göstərişinizə əsasən azadlığa buraxılıb”.
Sahibkarlar müraciətlərində yazırlar ki, Zakir Fərəcov həmin pulu qaytarmamaq üçün müxtəlif bəhanələrdən istifadə edir. "Nəzərinizə çatdıraq ki, 2016-cı ildən bəri müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Zakir Fərəcov 600 fəhləyə çatacaq olan pulu verməmək üçün müxtəlif yalanlar uydurur. İddia edir ki, guya, həmin pulu ödəyib. Halbuki görülən işlər üçün nəzərdə tutulmuş pulun 1/3 hissəsini ödəyib ki, yerdə qalanını bu gündə ödəmək fikrində deyil. Əgər həqiqətən də Fərəcov həmin pulu ödəyibsə, ödənişlə bağlı bircə sənəd ortaya qoysun. Bu adam hamını aldatmaqla məşğuldur. 600 ailə bu gün zəhmətinin haqqını ala bilmir. Hələ daha neçə-neçə ailənin də bu şəkildə aldadıldığını araşdırmaq lazımdır”.
Müraciətdə daha sonra deyilir:
Həmçinin oxuyun
"Zakir Fərəcov vəziyyətdən çıxmaq üçün iş adamlarının, hətta borclu olduğu fəhlələrin yanında deyib ki, guya, Prezident Aparatından ona pul ayrılmayıb. Bununla öz yaxasını kənara çəkərək, dövlət qurumlarını hədəfə gətirir ki, bu da heç bir halda yaxşı hal deyil. Çünki pulunu ödəmədiyi fəhlələrdə dövlətə, onun qurumlarına etimadsızlığı yaranır. Halbuki dövlət tərəfindən Sumqayıtın abadlaşdırılmasına yetərli qədər vəsait ayrılıb. Sadəcə, problem Zakir Fərəcovdadır ki, həmin pulları mənimsədiyindən, bu gün qaytara bilmir və ya qaytarmaq istəmir”.
Sahibkarlar təhdid olunduqlarını da iddia edirlər. Onların JAMAZ.İNFO-ya ünvanladıqları müraciətdə vurğulanır ki, dünən Zakir Fərəcov borclu olduğu şəxslərin bir qismini çağırıb, onlara məcburi qaydada ərizə yazdırmaq istəyib. "Tələbi də bu olub ki, borclu olduğu pulun 30 faizini ona güzəşt edib, bağışlasınlar. Əks təqdirdə, həmin şəxsləri polisə, prokurorluğa verəcəyi ilə hədələyib. Belə bir şey harada görünüb? Məgər dövlət tərəfindən ayrılmış pullardan icra başçısına pay çatmalıdır? Bəlkə icra başçısı özü üçün belə bir qanun müəyyən edib? Bu qanunsuzluqdur. Orada işləyən insanlar zəhmətlərinin haqqını istəyirlər. Və həmin insanlar öz qazanclarının 30 faizini niyə Zakir Fərəcova verməlidir?”
Iş adamları bildirir ki, Sumqayıtın icra başçısı o qədər arxayın davranır ki, hətta ondan edilən şikayətlərə görə, zərrə qərəd qorxmadığını deyir. "Üstəlik, "kimə istəyirsiniz, gedin şikayət edin” deyə, sözün həqiqi mənasında özbaşınalıq edir. Bu adam kimə və nəyə bu qədər arxayındır ki, ondan hətta Sizə şikayət ediləcəyini deyəndə, qorxmadığını ifadə edir? Digər tərəfdən, bunca insanların, fəhlələrin, iş adamlarının incidilməsi, onların haqlarının kəsilməsi, zəhmətinin müqabilnin ödənilməməsi süni şəkildə narazılıq yaratmaq, habelə insanları dövlətimizdən küsdürməkdən başqa bir şey deyil. Zakir Fərəcov bununla nəyə nail olmaq istəyir? Onun bu hərəkətlərinə hüquqi qiymət verilməlidir ki, bunca insanın haqqını yediyi üçün cəzasını alsın”.
Müraciət edən şəxslər sonda ölkə rəhbərindən və Birinci Vitse-Prezidentdən xahiş edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan gördükləri işlərin müqabilində onlara və əlləri qabar olmuş 600 fəhlənin pulunun alınaraq, sahiblərinə çatdırılmasına köməklik göstərsin. "Biz əminik ki, Siz bu məsələdə bizə köməklik edəcək, əliqabarlı fəhlələrin haqqını qoruyacaqsınız”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
21:23 / 06 Aprel 2025
Mədən çökdü: Ölən və yaralanan var
70
21:09 / 06 Aprel 2025
Sabah bu ərazilərdə işıq olmayacaq
346
20:36 / 06 Aprel 2025
Məşhur aktyor vəfat etdi
939
20:35 / 06 Aprel 2025
İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
199
20:21 / 06 Aprel 2025
Bank kartlarına edilən dələduzluqla bağlı YENİ XƏBƏRDARLIQ - VİDEO
81
19:30 / 06 Aprel 2025
Sabah Bakıda 24 dərəcə isti olacaq
80
17:50 / 06 Aprel 2025
Trampa belə etiraz etdilər - Fotolar-Video
105
11:54 / 06 Aprel 2025
Rəqsanə dovğa bişirdi — Bu qiymətə satacaq (VİDEO)
516
11:48 / 06 Aprel 2025
Yazda hansı vitaminlər qəbul edilməlidir?
185
11:39 / 06 Aprel 2025
Sürücü belə xilas edildi — FHN video yaydı
190
11:35 / 06 Aprel 2025
Avtomobil alanlar diqqətli olsun! — Bu yolla müdaxilə edilir (VİDEO)
568
11:11 / 06 Aprel 2025
ANAMA-nın əməkdaşı minaya düşdü
164
11:09 / 06 Aprel 2025
Müavinət və təqaüdlər artırılacaq - Bu tarixdə
1202
10:59 / 06 Aprel 2025
Reper vəfat etdi - FOTO
183
10:37 / 06 Aprel 2025
Türkiyədə atışma olub, azı 5 nəfər ölüb
180
10:25 / 06 Aprel 2025
Aygün Kazımovanın mətbuat xidmətindən oxuyan Kəmalə Günəşliyə sərt cavab
11687
21:47 / 05 Aprel 2025
Naibə Allahverdiyevaya ağır itki
825
20:30 / 05 Aprel 2025
Dilənçinin üzərindən görün nə qədər pul çıxdı — ŞOK VİDEO
532
17:33 / 05 Aprel 2025
Zakir Həsənov generallara tapşırıq verdi
322
16:47 / 05 Aprel 2025
Sağlamlıq iksiri
340
16:09 / 05 Aprel 2025
Fransa qorxuya düşüb:
370
15:34 / 05 Aprel 2025
Baş həkimi olduğu xəstəxananın direktoru təyin olundu - FOTO
396
14:11 / 05 Aprel 2025
SON DƏQİQƏ! Rusiya zərbə endirdi: Xeyli sayda ölən var
1113
14:05 / 05 Aprel 2025
Sabahın havası necə olacaq?
384
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.