Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-in vahid sistemindən çıxarılıb.
Eyni zamanda fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik Aparatının, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edəcək və onların işinin əlaqələndirilməsini təmin edəcək.
Oxu24.com
ŞƏRHLƏR