Azərbaycan Ordusunun əsgəri Laçında döyüş tapşırığını yerinə yetirərkən həlak olub
Azərbaycan Ordusunun əsgəri Laçında döyüş tapşırığını yerinə yetirərkən həlak olub
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.
"Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR