Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99218
az

Bu evlərin və obyektlərin qiyməti UCUZLAŞA bilər

11:2810 Dekabr, 2023
180
REDAKTORUN SEÇİMİ
  • A

“Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində bankların əmlak vergisindən azad edilməsi banklar tərəfindən hərrac vasitəsilə satışa çıxarılan mənzillərin və qeyri-yaşayış obyektlərinin ucuzlaşmasına səbəb ola bilər”.

Oxu24.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən etibarən banklar verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balanslara götürdüyü təqvim ilindən başlayaraq, iki il müddətində əmlak vergisi ödəməkdən azaddırlar.

“Bəllidir ki, banklar kredit verən zaman girov olaraq əmlakları cəlb edirlər və kredit qaytarıla bilməyəndə həmin əmlaklar bankların balansına keçir. Mövcud qanunvericiliyə görə, banklar həmin əmlaka görə əmlak vergisi ödəyirdilər və həmin əmlakların, o cümlədən, evlərin və qeyri-yaşayış obyektlərinin xərci artırdı. Xərc artdığı üçün, banklar o əmlakları hərraca çıxaran zaman daha yüksək qiymətlə satmaq məcburiyyətində qalırdılar. Çünki həmin vergini xərcə daxil edirdilər və əmlakın qiymətinin üzərinə gəlirdilər.

Ancaq yeni qaydalara əsasən, həmin əmlaklar iki il müddətinə əmlak vergisindən azad ediləcəklər və nəticədə, bu, imkan verəcək ki, bankların hərrac vasitəsilə satdığı əmlakın, evlərin və obyektlərin qiymətləri nisbətən ucuzlaşsın.

Dəyişikliklər həmin əmlakların daha da ucuz təklif edilməsinə və vətəndaşlar tərəfindən alınmasına imkan verəcək. Bu baxımdan, gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən mənzil bazarında hərrac vasitəsilə satılan mənzillərin qiymətində azalmaları müşahidə edə bilərik”, - deyə Vüqar Bayramov əlavə edib.

Qeyd edək ki, Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə bir sıra güzəştlər öz əksini tapıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR
Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi