Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107831
az

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi

16:2103 May, 2024
32
CƏMİYYƏT
  • A

Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu, Türk Dövlətləri Təşkilatının (TDT) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri İqtisadi Forumu 2024 (TDEF) türk dünyasının öndə gələn iş adamlarını, sərmayəçilərini və dövlət adamlarını bir araya gətirdi.
2-3 may 2024-cü il tarixlərində türkdilli ölkələr arasında ilk dəfə keçirilən tədbir, bu ölkələrdə mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyırdı.
Forumda “Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq, onun təsiri və qlobal iqtisadiyyata töhfəsi”, "Çin yoxsa Hindistan Yolu? Ələt Azad Ticarət Zonasının əhəmiyyəti", "Türk qadını; Qadın Sahibkarların İnkişafı" və “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçirilib.
Qeyd edək ki, II penel müzakirəsində Kapital Bank-ın Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev də iştirak edib. O çıxışında bankın sahibkarlıq istiqamətində atdığı mühüm addımlara, biznesin inkişafındakı yanaşmasına və bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırmasına xidmət etdiyindən söz açıb. O, həmçinin sahibkarlığa dəstəyin ölkənin iqtisadi inkişafındakı əməhiyyətini də vurğulayıb.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü