Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97939
az

TƏCİLİ!Polis Bakıda hər yerdə bu şəxsi axtarır

22:3114 Noyabr, 2023
611
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda reper kimi tanınan 1991-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb.

Oxu24.com  xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ''102'' xidməti-zəng mərkəzinə xəbər vermələri xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank qərar qəbul edib
Rövşən Rzayev vəfat edib
Rubl bahalaşdı,Avro ucuzlaşdı