Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
285
03.09.2023, 00:38
Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Müdafiə tərəfinin vəkilləri vəsatət qaldıraraq müvəkkillərinin ev dustaqlığına buraxılmalarını xahiş ediblər. Vəsatət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxslər öz epizodları üzrə dövlətə dəymiş ziyanı tam ödəyiblər. Bundan başqa, müttəhimlərin bəlli bir yaşayış yerləri var, həmçinin istintaqın gedişinə mane olmaq fikirləri yoxdur.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsinin əleyhinə olub. Prokuror etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslər iştirakçılıqla xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilirlər. Hazırki vaxta qədər isə iş üzrə dövlətə dəymiş ziyan tam ödənilməyib.
Yaddaş üçün deyək ki, polkovniklərlə birgə Müdafiə Nazirliyinin maliyyə idarəsinin sabiq rəisi general Nizami Məmmədov da həbs edilib. Gələn həftə onun məhkəməsi başlayacaq. Bu günə kimi ümumilikdə iş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.
Məhkəmə vəsatətləri təmin etməyərək təqsirləndirilən şəxslərin həbsdə mühakimə edilməsinə qərar verib.
Ətraflı
İş materiallarında yazılıb ki, ittiham olunan şəxslər Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.
Təqsirləndirilən polkovnik Məlikməmməd Qurbanovun vəkili Ceyhun Məmmədov bu məsələyə də münasibət bildirib: “İttihamda deyilir ki, müvəkkilim digərləri ilə əlbir olub sabiq baş qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə ifadəsi alınıb”.
Məhkəmə hazırlıq iclasının predmetinə daxil olmadığı üçün məsələyə münasibət bildirməyib.
İş üzrə baxış iclası sentyabrın 15-ə təyin edilib.
Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
19:08 / 28 Sentyabr 2026
8
18:43 / 28 Sentyabr 2026
117
18:39 / 28 Sentyabr 2026
211
18:32 / 28 Sentyabr 2026
103
18:19 / 28 Sentyabr 2026
63
18:15 / 28 Sentyabr 2026
42
18:09 / 28 Sentyabr 2026
56
17:58 / 28 Sentyabr 2026
66
17:56 / 28 Sentyabr 2026
59
17:49 / 28 Sentyabr 2026
61
17:48 / 28 Sentyabr 2026
65
17:25 / 28 Sentyabr 2026
362
17:20 / 28 Sentyabr 2026
62
17:09 / 28 Sentyabr 2026
64
17:06 / 28 Sentyabr 2026
534
17:03 / 28 Sentyabr 2026
68
16:59 / 28 Sentyabr 2026
96
16:45 / 28 Sentyabr 2026
66
16:17 / 28 Sentyabr 2026
73
16:16 / 28 Sentyabr 2026
79
16:00 / 28 Sentyabr 2026
68
15:36 / 28 Sentyabr 2026
134
15:21 / 28 Sentyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.