Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94681
az

Azərbaycanın əməkdar artisti vəfat etdi - HƏYAT HEKAYƏSİ

23:2801 Sentyabr, 2023
713
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Azərbaycan rəqqaslığının görkəmli nümayəndəsi, Əməkdar artist Aliyə Ramazanova vəfat edib. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Aliyə Ramazanova 1941-ci ildə Qusar rayonunun Piral kəndində anadan olub.

***
3-4 yaşlarından valideyn qayğısından məhrum olan aktrisa həmin günləri belə xatırlayır:

80-ci Venesiya Film Festivalı başlayır
Füsunkar təbiətli bölgələrin ən həsrətlisi - Mehriban Ələkbərzadə Laçından yazır...
Tanınmış müğənni süni intellektlə bağlı xəbərdarlıq etdi
“Mən 1941-ci ildə anadan olmuşam. Dörd bacı olmuşuq. Müharibə başlayanda hamı kimi mənim də atam döyüşə getdi. Bir neçə il çarəsiz qaldıq. Onda Qusarın Piral kəndində idik. Yay-qış demədən, ayaqyalın, başıaçıq gəzirdir. Yavaş-yavaş ev boşalmağa başladı. Anam müharibənin əziyyətindən dünyasını dəyişdi. Atam itkin düşdü. Sonra öyrəndim ki, həlak olub. Bir bacım da anamdan sonra dünyasını dəyişdi. Bir bacım müharibədən qayıdan əmimin himayəsində qaldı. Ortancıl bacımla məni isə ayrı-ayrı uşaq evinə göndərdilər. Məni və bir neçə uşağı soyuq qışda üstü açıq maşında ayaqyalın, başıaçıq Bakıya gətirib 11 nömrəli uşaq evinə yerləşdirdilər”.

***

Xanımın gözəlliyi onun zərifliyidir, təəssüflər olsun ki, o zəriflikdən  əsər-əlamət qalmayıb..."
Olduqca çətin şəraitdə yaşayan rəqqasə orada rəssamlıq, dərzilik, üzgüçülük, piano ilə maraqlanıb.

***
Uşaq evinə tez-tez Qəmər Almazsadə (Azərbaycanın ilk balet rəqqasəsi), Leyla Vəkilova, Tamella Məmmədova, Çimnaz Babayeva gələrdi.

***

Aliyə xanım o uşaq evində 7-ci sinfə qədər böyüyüb. Sonradan 5 nömrəli sənət məktəbinə yollanıb. Həmin məktəbdə kitab çap etməyi öyrənib...

Ustad rəqqasə Aliyə Ramazanova və nəticəsi-MARAQLI RƏQS... - YouTube

***

Rəqqasə kəşf olunduğu anı belə xatırlayır:

“Bir dəfə dedilər ki, bir rəqqasə gəlib, Xalq artistidir, qızları seçir. Mən də gimnastikaya gedirdim. Bunun eşidəndə dedim ki, birinci mən yazılacam. Müəlliməm dedi ki, yox, sən həm şəkil çəkirsən, həm gimnastikaya gedirsən, dərslərin var, çatdıra bilməzsən. İnanın elə bərkdən ağlamağa başladım ki (gülür), o biri müəllimin mənə rəhmi gəldi. Həmin müəllimə dedi ki, “ay Mələk xanım, qoy getsin, bəlkə, gələcəkdə Xalq artisti oldu”.

Haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad  etdi..."

Biz səhnəyə çıxanda Qulam adlı bir tarzən vardı, dedi ki, “Böyükağa müəllim, bir o qıza baxın”. Elə həmin vaxtdan mən özfəaliyyət dərnəyinin ehtiyat əmək qüvvələrinin baş solisti oldum...”

***
Bir dəfə uşaq evinə Qəbələdən beş-altı uşaq gətirirlər. Müharibə uşaqları... Hərəsi bir uşağı söhbətə çəkir ki, darıxmasınlar. Bir nəfər də Aliyə xanıma düşür:

“Sinifə gəlib onunla tanış olduq. Başladı məktub yazmağa. Adətən məktub yazanda xətt boyu yazarlar. Lakin o, adları alt-alta yazmağa başladı. Yazdıqlarına baxdım. Adları bir-bir oxumağa başladım. Bir, iki üç, dörd, beş altı...adları oxuyan kimi gördüm ki, bacımın adı oradadır. Soruşdum ki, “bu kimdir?” Dedi ki, “onun işi çox ağırdır, bir bacısı var, adı Aliyədir”. Ürəyim atlandı. Dedim ki, bilirsən, mənim adım Aliyədir... Məktub yazdıq, şəkil göndərdik. Məktub gələndə zərfdə bacımın şəkli var idi. Şəkil çox da aydın görünmürdü, lakin onun surəti mənə o qədər yaxın gəldi ki, dedim, “bu mənim bacımdır”. Evimiz, əmimizin adı, hamısı düz gəlirdi. Bacım gələndən sonra uşaq evində elə böyük sevinc, həyəcan var idi ki... Beləcə bacımı köçürdülər qaldığım uşaq evinə. Daha ayrılmadıq, onu məndən ancaq ölüm ayırdı, 74 yaşında...”

***

Rəqqasə Aliyə Ramazanova: "Bunu dərk edənlər çox azdır"

Sənətçi müsahibələrinin birində Xalq artisti adı almamasına münasibət bildirib:

“Nə bilim, vallah. Tamaşaçılar, xalq məni sevir, bu mənim üçün Xalq artisti adıdır. Bu yaşımda yalnız müsahibələr verə, xatirələrim barədə kitablar yaza bilərəm. Xalq artisti adına layiq görmək üçün gərək Mədəniyyət Nazirliyi bizi görəydi”

***
Əməkdar artist müharibə zamanı “efirlərdən rəqslər, əyləncəli verilişlər yığışdırılsın” fikri barədə bunları deyib:

“Əlbəttə, igidlərimiz vuruşanda bu cür verilişlər yığışdırılmalıdır. Mən də olayları həmin vaxt televizordan həyəcanla izləyirdim. Özüm müharibə uşağıyam. Deyirəm ki, qoy müharibə olmasın, uşaqlarımız rahat yaşasın. Amma bədnam düşmən üzərimizə gələndə neyləməliyik?!”

 

O hətta əsgərlərimizə şeir də həsr eləyib:

Qartal tək qanad çal, igid əsgərim
Düşmənin qəlbinə od vur, əsgərim!
Əzabdan illərlə yatan torpağa,
İşıqlı Günəş ver, can ver, əsgərim,
Azərbaycan torpağına sadiq əsgərim!

***
Sovet dövründə bir dəfə filarmoniyaya 16 hindistanlı gəlib. Rəqqasə də hind rəqsi oynayıb. Hindlilər deyiblər ki, “ola bilməz, bu qız hindlidir, azərbaycanlı deyil”.

“Dedilər ki, “geyimini dəyişmə, səni görməyə gələcəklər”. 15 hindli işçilərlə bərabər gəldi. Mənimlə ingiliscə danışmağa başladılar. İngiliscə bilmədiyimi dedim, mat qaldılar. Dedilər, “bəs bu cür gözəl rəqs etməyi haradan öyrənmisən?”. Bildirdim ki, xalqımız hind rəqslərini sevir”.

Əməkdar artist, rəqqasə Aliyə Ramazanovanın 80 yaşı tamam olur – Güvən  Xəbər Portalı

***
Rəqqasə “Arşın mal alan” filminə dəvət edilsə də, qastrol səfərləri olduğuna görə alınmayıb:

“O vaxtı məni “Arşın mal alan” filminə dəvət etmişdilər. Qastrol səfərlərimiz olduğuna görə, filmdə çəkilə bilmədim. Onlar da məni məşhur jurnalların birində görmüşdülər. Filmə çəkilmədiyim üçün sonradan çox peşman oldum. Kim istəməzdi ki, çəkilsin?”

Aliyə xanım 2022-ci ilin aprelin 3-də klubların birində baş verən partlayış barədə bunları deyib:

“Allahın yazısıdır, nə bilərdilər ki, belə bir hadisə olacaq?! Cavandılar da, əylənirdilər. Birinin yuxusu gəlmir, biri istəyir ki, rahat otursun dincəlsin. Gəncdirlər, istəyirlər həyatlarını maraqlı yaşasınlar. Heç vaxt demək olmaz ki, “yaxşı oldu”, “getməzdi”, “nə işi var idi orda?!”. Klubları bağlayırlar, yazıq cavanlar hara getsin?! İstirahət edirlər də.. Heç vaxt kiminsə ölümünə sevinmək olmaz. Hər şey Allahın əlindədir. Deməli, qismətləri orada ölmək imiş. Tanınmışların çoxu valideyni qınayır. Gənclərin çoxu valideynə hara getdiyini demir”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi
Sabirabaddan dəhşətli xəbər gəldi: Ölən var