Qaynar xətt:

(+99450) 247 90 86

Litva: Priqojinin ölümü təhlükəsizlik vəziyyətini dəyişmədi

Litva: Priqojinin ölümü təhlükəsizlik vəziyyətini dəyişmədi

REDAKTORUN SEÇİMİ

318

24.08.2023, 22:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Litva prezidenti Gitanas Nauseda Tverdə qəzaya uğrayan və 10 nəfərin həyatını itirdiyi şəxsi təyyarədə Vaqnerin qurucusu Yevgeni Priqojinin olmasının heç nəyi dəyişmədiyini, ölkədə təhlükəsizlik vəziyyətinin yaxşılaşmadığını deyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Litva Milli Radio və Televiziyasının (LRT) xəbərinə görə, prezident Gitanas Nauseda Ukraynanın paytaxtı Kiyevdə sözügedən bəyanatlarla çıxış edib.

"Onun ölümü faktiki olaraq təsdiqlənərsə, çox dəyişmir",- deyə  Nauseda bildirib.

 

Vaqnerin muzdlularının məqsədlərindən birinin bölgədə sabitliyi pozmaq və təxribatlar təşkil etmək olduğunu ifadə edən Nauseda, "Priqojinin ölümünün bizi sakitləşdirdiyini və ya bir növ təhlükəsizlik vəziyyətini yaxşılaşdırdığını qətiliklə düşünməməliyik"-,deyə bildirib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi ötən gün ölkənin Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyünü bildirib.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) qəzada həlak olanlar arasında Vaqnerin qurucusu Yevgeni Priqojinin də olduğunu açıqlayıb.

Vaqnerə yaxın olduğu bilinən bəzi Telegram kanallarında təyyarənin Rusiya ordusunun müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilib.

Priqojin muzdlu döyüşçüləri ilə iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana başladı. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

 

Müəllif: Nigar