Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
456
20.07.2023, 11:41
Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan taksidə əyləşən sərnişində külli miqdarda heroin aşkar edilib.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini Zakir Nəsirlinin sərnişin kimi əyləşdiyi taksidə sürücü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
Nəqliyyat vasitəsində olan sərnişin, yəni Zakir Nəsirlinin davranışları yol polislərində şübhə yaratdığından o, ərazi üzrə 21-ci Polis Bölməsinə aparılıb. Bölmədə onun üzərində axtarış aparılan zaman çəkisi 500 qrama yaxın olan heroin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı paytaxt ərazisində narkotiklərin satışını həyata keçirən İlqar Behbudov da saxlanılaraq istintaqa təqdim edilib.
Onun üzərindən satış üçün qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, Zakir Nəsirli və İlqar Behbudov şəxsiyyəti istintaqla araşdırılan “Amil” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Zakir Nəsirli və İlqar Behbudov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Nigar
16:19 / 29 Sentyabr 2026
1
16:14 / 29 Sentyabr 2026
8
16:05 / 29 Sentyabr 2026
28
15:54 / 29 Sentyabr 2026
42
15:44 / 29 Sentyabr 2026
206
15:41 / 29 Sentyabr 2026
53
15:10 / 29 Sentyabr 2026
58
14:56 / 29 Sentyabr 2026
72
14:40 / 29 Sentyabr 2026
53
14:21 / 29 Sentyabr 2026
136
14:18 / 29 Sentyabr 2026
44
14:15 / 29 Sentyabr 2026
69
14:08 / 29 Sentyabr 2026
107
14:00 / 29 Sentyabr 2026
63
13:58 / 29 Sentyabr 2026
64
13:45 / 29 Sentyabr 2026
198
13:40 / 29 Sentyabr 2026
63
13:36 / 29 Sentyabr 2026
52
13:25 / 29 Sentyabr 2026
295
13:24 / 29 Sentyabr 2026
206
13:22 / 29 Sentyabr 2026
154
13:18 / 29 Sentyabr 2026
67
13:10 / 29 Sentyabr 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.