Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdə faciə: Körpə öldü

Tərtərdə faciə: Körpə öldü

REDAKTORUN SEÇİMİ

415

20.07.2023, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb.
“Report”un xəbərinə görə, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.