Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıdan dəhşətli xəbər: Ölən və yaralılar var

İsmayıllıdan dəhşətli xəbər: Ölən və yaralılar var

REDAKTORUN SEÇİMİ

693

11.07.2023, 10:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var.
"Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb. Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı "VAZ-2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.