Qaynar xətt:

(+99450) 247 90 86

Zəlzələ günü xəstəxanaya yerləşdirilənlərin sayı açıqlandı

Zəlzələ günü xəstəxanaya yerləşdirilənlərin sayı açıqlandı

REDAKTORUN SEÇİMİ

287

04.07.2023, 10:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

 

TƏBİB-dən Oxu24.com-un  sorğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

 

Miri Məcidli