Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda sel aparan lüks avtomobil kimindir? - FOTO

İsmayıllıda sel aparan lüks avtomobil kimindir? - FOTO

REDAKTORUN SEÇİMİ

512

03.07.2023, 21:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, 30 iyunda İsmayıllıya yağan leysan yağışlardan sonra başlayan sel suları “Mersedes AMG” markalı maşını aparmışdı.

 

Oxu24.com  axar.az-a istinadən xəbər verir ki, yağış kəsəndən sonra maşını çaydan çıxarmaq üçün cəhd edilib. Ancaq məlum olub ki, 77-FM-555 markalı avtomobil yarıya qədər torpağa batıb və onu çıxarmaq mümkün deyil.

 

Qeyd edək ki, Cülyan kəndi İsmayıllının ən səfalı ərazilərindən biridir. Kənddə Cülyan şəlaləsi də var.

 


Aldığımız məlumata görə, “Mersedes” markalı avtomobili sel apararkən xoşbəxtlikdən içərisində heç kəs olmayıb. Belə ki, sürücü çay kənarında maşını saxlayaraq, istirahət etdiyi vaxt güclü yağış başlayıb və sel gəlib, buna görə də maşını kənara çəkmək mümkün olmayıb.

 

77-FM-555 dövlət nömrə nişanlı avtomobilin şirkət adına qeydiyyatda olduğu və sığortalandığı bildirilir. Maşının bazar qiyməti 60-70 min arasıdır.