Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
580
01.07.2023, 13:43
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Bu barədə Oxu24.com- a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Dövlət Xidmətinin yerli struktur bölmələri çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlayıb.
Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi üçün mövcud imkanlar səfərbər edilib. Prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflərin icrası ilə bağlı Xidmət tərəfindən zəruri tədbirlər görülüb.
Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin təmin edilməsi istiqamətində vacib fəaliyyət həyata keçirilib. Belə ki, bölgü Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqına Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki) və hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparılıb.
Xatırladaq ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 25-də SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 20-də “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb.
23:23 / 29 Sentyabr 2026
1
23:12 / 29 Sentyabr 2026
28
23:08 / 29 Sentyabr 2026
39
23:07 / 29 Sentyabr 2026
20
22:50 / 29 Sentyabr 2026
41
22:39 / 29 Sentyabr 2026
47
22:28 / 29 Sentyabr 2026
46
22:28 / 29 Sentyabr 2026
412
22:24 / 29 Sentyabr 2026
78
22:09 / 29 Sentyabr 2026
54
22:09 / 29 Sentyabr 2026
100
21:58 / 29 Sentyabr 2026
144
21:45 / 29 Sentyabr 2026
60
21:36 / 29 Sentyabr 2026
77
21:26 / 29 Sentyabr 2026
62
20:56 / 29 Sentyabr 2026
352
20:53 / 29 Sentyabr 2026
82
20:48 / 29 Sentyabr 2026
817
20:46 / 29 Sentyabr 2026
72
20:38 / 29 Sentyabr 2026
95
20:33 / 29 Sentyabr 2026
82
20:27 / 29 Sentyabr 2026
70
20:25 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.