Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
664
29.06.2023, 21:52
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Bu barədə FHN-dən bildirilib.
Müraciətdə yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
“Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”, - müraciətdə vurğulanır.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 30-dan iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.
00:06 / 30 Sentyabr 2026
1
00:02 / 30 Sentyabr 2026
26
23:55 / 29 Sentyabr 2026
896
23:47 / 29 Sentyabr 2026
35
23:43 / 29 Sentyabr 2026
39
23:34 / 29 Sentyabr 2026
38
23:23 / 29 Sentyabr 2026
92
23:12 / 29 Sentyabr 2026
54
23:08 / 29 Sentyabr 2026
52
23:07 / 29 Sentyabr 2026
40
22:50 / 29 Sentyabr 2026
51
22:39 / 29 Sentyabr 2026
55
22:28 / 29 Sentyabr 2026
68
22:28 / 29 Sentyabr 2026
602
22:24 / 29 Sentyabr 2026
111
22:09 / 29 Sentyabr 2026
56
22:09 / 29 Sentyabr 2026
134
21:58 / 29 Sentyabr 2026
203
21:45 / 29 Sentyabr 2026
61
21:36 / 29 Sentyabr 2026
82
21:26 / 29 Sentyabr 2026
64
20:56 / 29 Sentyabr 2026
400
20:53 / 29 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.