Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Həbs edildiyi deyilən generalın qızından açıqlama

SON DƏQİQƏ! Həbs edildiyi deyilən generalın qızından açıqlama

REDAKTORUN SEÇİMİ

533

29.06.2023, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gündür ki, dünya mediasında rusiyalı general,Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı Birləşmiş Qrupu komandanının müavini, general Sergey Surovikin həbs olunması xəbəri yayılıb.

Oxu24.com xəbər verir  ki, qeyd olunan xəbərlərə  generalın ailəsindən reaksiya gəlib.

Sergey Surovikinin qızı bildirib  ki, generalı heç kim həbs etməyib və onunla  bağlı hər şey qaydasındadır. Bu  barədə  Baza  telegram  kanalı  məlumat yayıb.

Onun həbsi  barədə The Moscow Times və “Financial Times” məlumat yayıb.

Veronika Surovikina deyib ki, “Aerokosmik Qüvvələrin Ali Baş Komandanına heç nə olmayıb”, onu heç kim həbs etməyib və indi “hamı öz işindədir”. O, generalın "heç vaxt hər gün mediada görünmədiyini və açıqlama vermədiyini" xatırladıb.

General Surovikinin həyat yoldaşı onun həbsi ilə bağlı yayılan şayiələri şərh etməkdən imtina edib.

 

Tərcümə: Miri Məcidli