Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91718
az

Yarım milyonluq oğurluğun ŞOK TƏFƏRRÜATI

09:2329 İyun, 2023
303
  • A
Saatlı rayonunda baş verən yarım milyon manatlıq oğurluğun bəzi təfərrüatları məlum olub. "Report"un məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birindəki seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Araşdırmalar zamanı həmçinin məlum olub ki, E.Vəliyev ilkin olaraq evdən 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq, daha sonra onları İmişli və Saatlı rayonları ərazisində fəaliyyət göstərən lombardlara qoyaraq, müqabilində pul götürüb. Bir müddət keçdikdən sonra isə yenidən həmin ünvana daxil olaraq seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pulu oğurlayıb. O, ümumilikdə zərərçəkənə - əmisinə 490 000 manatdan çox maddi ziyan vurub. E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi pulları onlayn mərc oyunlarında uduzub. Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amil Xəlil onlara səsləndi: "Bir günlük abır-həyalı geyinsəniz..."
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi
Bu tarixdə qar yağacaq - Sinoptiklərdən XƏBƏRDARLIQ


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı