Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
950
28.06.2023, 18:50
Rusiyanın Amur vilayətində tayqada itən oğlanı gecə saatlarında it qoruyub.
Oxu24.com xəbər verir ki, bu barədə polis əməkdaşlarına xilas edilən uşaq özü məlumat verib.
"İt əvvəlcə kolların arasında mənə yaxınlaşdı. Qalxdım, baxdım, düşündüm: itdir. Onu çağırdım. O, gəlib yanıma uzandı", - deyə meşədə itkin düşən azyaşlı oğlan başına gələnlərdən danışarkən bildirib.
Həmçinin, xilasedicilərin uşaqla söhbətinin məzmunu ilə tanış olan xilasediiclər əlavə edib ki, oğlan gecəni ondan 700 metr aralıda balaları olan ayı yuvası olan yıxılmış ağacın altında keçirib.
Göründüyü kimi, yaxınlıqdakı arıxanadan oğlanın yanına qaçan it bütün gecəni vəhşi heyvanları qorxutdu - itin iyini aldılar və yaxınlaşmadılar.
Xatırladaq ki, uşaq iyunun 27-də günorta saatlarında itib. Oğlan atası və əmisi ilə balıq tutmağa getmişdi. Evə qayıtmaq vaxtı çatanda atasının bel çantası cırılıb və oğluna təcili yardımla məşğul olana qədər əmisinin arxasınca getməsini deyib. Amma oğlan meşədə itib.
Evə qayıdan böyüklər xilasedicilərə müraciət ediblər və uşağın axtarışına başlanılıb. Onlara helikopter, xüsusi texnika cəlb edilib və çoxlu sayda könüllülər tədbirə qoşulub.
Səhər saatlarında tayqada helikopterdən qırmızı ləkə görünüb. Bunun uşağın paltarı ola biləcəyini nəzərə alaraq, xilasedicilər və könüllülər tapıntının olduğu yerə göndərilib. Uşaq xilas edilib.
Tərcümə: Nigar
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.