Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
642
28.06.2023, 09:43
Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adı çəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ümumilikdə zərərçəkənə 490 000 manatdan çox maddi ziyan vurub. Elvin Vəliyev oğurluq yolu ilə əldə etdiyi pulları onlayn mərc oyunlarında uduzub.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.