Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda gizlədilən avtomat hansı ölkəyə verilməli idi? - VİDEO

Ucarda gizlədilən avtomat hansı ölkəyə verilməli idi? - VİDEO

REDAKTORUN SEÇİMİ

426

27.06.2023, 17:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə DİN məlumat yayıb.

 

Xəbərə görə, onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı AK-74 markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu "Əkbər" adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş.

Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o polis əməkdaşları tərəfindən yaxalanıb.