Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91588
az

Toya gedən şəxsin oteldə meyiti tapıldı  — Görün kim imiş 

10:1027 İyun, 2023
325
REDAKTORUN SEÇİMİ
  • A

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

Hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib.

Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bir neçə saat sonra - bu gün səhər hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

"Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı