Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında dəhşət: İki nəfər öldürüldü,ev yandırıldı

Gecə saatlarında dəhşət: İki nəfər öldürüldü,ev yandırıldı

REDAKTORUN SEÇİMİ

1016

27.06.2023, 00:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub. Araşdırmalar davam etdirilir. Miri Məcidli