Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

REDAKTORUN SEÇİMİ

472

26.06.2023, 13:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İyunun 27-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq. Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.