Qaynar xətt:

(+99450) 247 90 86

Səhər saatlarında dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

Səhər saatlarında dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

REDAKTORUN SEÇİMİ

1298

26.06.2023, 08:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

APA  xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.


Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir.

Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

***

Saat 01:51

Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.

Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 4 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.