Qaynar xətt:

(+99450) 247 90 86

Tik-tokdakı hərəkətinə görə tutuldu

Tik-tokdakı hərəkətinə görə tutuldu

REDAKTORUN SEÇİMİ

536

23.06.2023, 12:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, rayon sakini bir qadın polisə müraciət edərək "Tik-tok" sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, əhəmiyyət kəsb edən sübutlar aşkar edilib.
Keçirilən əməliyyat tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub. Həmçinin K.Bağırovun Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da aşkar edilib. O, aidiyyəti üzrə axtarışda olduğu polis idarəsinə təhvil verilib. Miri Məcidli