Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91098
az

Keçmiş polisi öldürən şəxs görün kim imiş

09:2419 İyun, 2023
215
REDAKTORUN SEÇİMİ
  • A
Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Oxu24.com-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində B.Bayramova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tutulan şəxsin şok əməlləri üzə çıxdı
Güclü yanğın: Ölən var
Donuz əti buna görə haram imiş - AÇIQLAMA

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu