Qaynar xətt:

(+99450) 247 90 86

Saxta sənədlə polis işləyən Azərbaycan vətəndaşı tutuldu

Saxta sənədlə polis işləyən Azərbaycan vətəndaşı tutuldu

REDAKTORUN SEÇİMİ

860

08.06.2023, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvada Azərbaycan vətəndaşı saxlanılıb.
Oxu24.com Rusiya KİV-ə istinadla bildirilir ki, o, saxta Rusiya pasportu alaraq, bir neçə il polis işləməkdə şübhəli bilinir.

Məlumata görə, 35 yaşlı kişi Gəncə şəhərindən Moskvaya köçüb.

2007-ci ildə o, Rusiya pasportu alıb və Solntsevo ərazisində yaşamaq üçün müraciət edib.

Bundan əlavə, 2014-cü ildə kişi Vnukovo hava limanında yerləşən polis bölməsində işə düzəlib.

Ona baş serjant rütbəsi verilib və 2022-ci ilin oktyabrında əməliyyatçı vəzifəsini tutub.
Həmin şəxsə qarşı “Sənəd saxtakarlığı” maddəsi ilə cinayət işi açılıb.

Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.

Hazırda azərbaycanlının işlədiyi polis idarəsində yoxlama aparılır.